Главная > Maraqlı > Redaksiyaya məktub

Redaksiyaya məktub


5-09-2024, 17:50. Разместил: admin44
Sağlamlığıma qovuşdum.

Hörmətli redaksiya, uzun müddət idi ki, səhhətimdəki nasazlıqlar mənə rahatlıq vermirdi. Xəstəxana qalmadı ki, getməyim, onlarca həkimə müraciət etdim. Ancaq faydası etmirdi. Hər həkim bildiyi dərmanı yazır, ancaq kömək olmurdu. Yaxın rəfiqələrimdən biri mənə Masallıdakı Bioloji Təbabət Xəstəxanasına getməyimi məsləhət bildi. Vaxt itirmədən bu şəfa ocağına getdim. Herbo cərrah Aydın Qəhrəmanovun qəbulunda oldum. Müayinələrdən sonra Aydın həkim mənə bel yırtığı diaqnozu qoydu. Əməliyyat olundum. Həkimin əlləri ilə şəfa tapdım. İndi özümü sağlam hiss edirəm.

Hörmətli redaksiya, xahiş edirəm mənim minnətdarlığımı qəzetiniz vasitəsilə cərrah Aydın həkimə, habelə əməliyyatda iştirak edən digər tibb işçilərinə çatdırasınız.  Onların səyi və bacarığı sayəsində ağrılardan qurtuldum.

Rayonumuzdakı bu cavan tibb müəssisəsi az vaxtda böyük uğurlara imza atıb. İndi ölkəmizin ayrı-ayrı regionlarından bura gələnlərin sayı günbəgün artmaqdadır. Çünki burada təcrübəli, öz işini sevən, müasir tibbi aparatlarla təchiz edilmiş mehriban bir kollektiv çalışır.




Aidə BAYRAMOVA,
şəhid ailəsi, Böyük Xocavar kəndi.
шаблоны для dle 11.2
Вернуться назад