Главная > Maraqlı > Masallı sakinindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Masallı sakinindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb


9-09-2024, 23:00. Разместил: admin44

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, görülmüş tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb.

Araşdırmalarla onda aşkar olunan 7 kiloqram marixuana və metamfetaminin satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

 

шаблоны для dle 11.2
Вернуться назад