Tarixi missiyanın yekunlaşması –“Antiterror tədbirləri” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixi missiyanın yekunlaşması –“Antiterror tədbirləri”

    Tarixi missiyanın yekunlaşması –“Antiterror tədbirləri”

    Bir il öncə sentyabrın 19-da Müdafiə Nazirliyi kədərli bir xəbər paylaşdı - Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Bu xəbər hamını sarsıtmaqla yanaşı, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın keçirilməsini labüd edirdi.

    Həmin hadisədən öncə də ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyillər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

    Müdafiə Nazirliyi sanki “qisas nəinki məhşərə, heç sabaha da qalmasın” deyərək bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldıraraq tam təslim oldu və intiqamı qədər əfvi də böyük olan xalqımızdan aman dilədi. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya xəbər agentliklərinin ən çox tirajladığı xəbərlərinə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, kökləri islamofob fəaliyyətlərə dayanan müxtəlif beynəlxalq qurumların dəstəkləndiyi bu ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisi idi.24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.

    Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu.Xalqımızın tarixində 19 və 20 rəqəmlərinin qəribə yaddaşı var. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edib. Yaşadığımız ən faciəvi günlərdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib və 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri. Əgər qeyd edilən ilk iki tarixi hadisə faciəvi məna daşıyırdısa, sonuncu bizə qələbə sevinci yaşatdı. İnanırıq ki, bununla həm də yaşadığımız faciələr dövrü sona çatmış oldu. Həmin gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Bir il ərzində ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə imkan verir. Bu sevinci, uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimizdir. Bu fakt bəzi xalqların öz tarixlərini masada mürəkkəblə, bizim kimi mərd və döyüşkən xalqın isə döyüş meydanında qanla yazmasının bariz nümunəsidir. Beləliklə, 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni tarixi yeni səhifədən yazılmağa başladı.

    Müasir ordu quruculuğu prosesi sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Silahlı Qüvvələrimiz ən qabaqcıl və nümunəvi ordular sırasına daxil oldu. Hərbi quruculuq prosesi dövlətimizin başçısının rəhbərliyi ilə mahiyyət və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu. Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət sayəsində mümkün olub.





    Fərid Əyyubzadə,
    Masallı rayonu, Banbaşı kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    2. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    3. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    4. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    5. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    6. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    7. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    8. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    9. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    10. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    11. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    12. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    13. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    14. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    15. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    16. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    17. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    18. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    19. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    20. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    21. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    24. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    25. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    26. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    27. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    28. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    29. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    30. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    31. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    32. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    33. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    34. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    36. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    37. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    38. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    39. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    40. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ