Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək

    Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək


    Prezident İlham Əliyevin cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı edərək, Yeddinci çağırış Milli Məclis bu gün öz işinə başladığını söyləmişdir. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik etmiş, Milli Məclisə uğurlar arzulamışdır. Cənab Prezident çıxışında söylədi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.

    İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.

    Dövlət  suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.

    Ona görə bu gün bu fürsətdən istifadə edərək ölkə qarşısında duran bəzi vəzifələr haqqında öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istərdim.

    Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.
     
    Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.






    Fərid Əyyubzadə,
    Masallı rayonu, Banbaşı kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    2. 12:10 YENİ KİTABLAR         
    3. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    4. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    6. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    8. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    9. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    10. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    11. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    12. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    13. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    15. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    16. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    17. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    18. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    19. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    21. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    23. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 09:32 Nadir Ağayevin xatirə turnirində
    26. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    27. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    28. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    29. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    30. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    31. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    32. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    33. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    34. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    35. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    39. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ