Главная > Maraqlı > Şəhid Sənan Seyfullayevin 26-cı doğum günü anıldı

Şəhid Sənan Seyfullayevin 26-cı doğum günü anıldı


27-09-2024, 17:26. Разместил: admin44

Masallı rayon Ərkivan qəsəbəsində Vətən Müharibəsi şəhidi Sənan Mətləb oğlu Seyfullayevin 26 yaşının tamam olması ilə bağlı xatirəsi anılıb.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayon üzrə bütün şəhidlərin doğum və şəhadət günləri diqqətdə saxlanılaraq daim qeyd olunur.

Belə ki, 26 sentyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Ərkivan qəsəbəsində Vətən Müharibəsi şəhidi Sənan Mətləb oğlu Seyfullayevin 26 yaşının tamam olması ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, ziyalılar, din xadimləri tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.








"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад