Главная > Maraqlı > Hişkədərə kəndində şəhid ailəsinin evinə gedən yola asfalt döşənib

Hişkədərə kəndində şəhid ailəsinin evinə gedən yola asfalt döşənib


1-10-2024, 15:38. Разместил: admin44

Masallı rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Hazırda rayon ərazisində növbəli olaraq şəhid küçələrinə və şəhid ailələrinin yaşadığı həyətlərə asfalt örtüyü döşənir.

Bunun bariz nümunəsi olaraq qeyd etmək istərdik ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və 47 saylı Yol istismarı idarəsinin kollektivi tərəfindən rayonun Hişkədərə kəndində şəhid Vüsal Məhərrəmovun ailəsinin yaşadığı evə gedən yola asfalt örtüyü döşənmişdir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də yaşadıqları evə çəkilən asfalt öryüyünə görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti keçən hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.




шаблоны для dle 11.2
Вернуться назад