Главная > Maraqlı > Bədəlan və Hişkədərə ərazilərində şəhid ailələri ziyarət olunmuşdur
Bədəlan və Hişkədərə ərazilərində şəhid ailələri ziyarət olunmuşdur2-10-2024, 19:56. Разместил: admin44 |
Masallı rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Belə ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun Bədəlan və Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən şəhid ailələri ziyarət olunmuş, qayğıları ilə maraqlanmışlar. Qeyd edək ki, Bədəlan ərazi nümayəndəliyi tərəfindən Vətən Müharibəsi şəhidi Əsəd Əsədlinin baba və nəsəsi ziyarət olunmuş, Hişkədərə ərazi nümayəndəliyi tərəfindən isə Vətən Müharibəsi şəhidi Vüsal Məhərrəmovun valideynləri ziyarət olunmuşdur. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və nümayəndələrə dərin minnətdarlıqlarını ifadə ediblər. Вернуться назад |