Главная > Maraqlı > Qarğalıq və Sərçuvar ərazilərində I Qarabağ Müharibəsi şəhidləri anıldı

Qarğalıq və Sərçuvar ərazilərində I Qarabağ Müharibəsi şəhidləri anıldı


8-10-2024, 19:48. Разместил: admin44

Masallıda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bunun bariz nümunəsi kimi rayon ərazisində müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən şəhidlərin doğum və anım günlərində şəhid ailələri ilə yanaşı şəhid məzarları ziyarət olunur.

Belə ki, rayonun Qarğalıq və Sərçuvar ərazilərində Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən şəhid məzarları ziyarət olunmuşdur. Qeyd edək ki, I Qarabağ müharibəsində sücayət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Qarğalıq kəndinin şəhidi Rahim Bəgişov və Sərçuvar kəndinin şəhidi Elşən Eyvazovun anım günü ilə əlaqədar məzarları ziyarət olunmuşdur.


шаблоны для dle 11.2
Вернуться назад