Главная > Maraqlı > Təzəkənd kəndində şəhid Roman Əliyevin anım mərasimi

Təzəkənd kəndində şəhid Roman Əliyevin anım mərasimi


11-10-2024, 18:17. Разместил: admin44

Masallıda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bunun bariz nümunəsi kimi rayon ərazisində müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən şəhidlərin doğum və anım günlərində şəhid ailələri ilə yanaşı şəhid məzarları ziyarət olunur.
Belə ki, rayonun Təzəkənd kəndində I Qarabağ Müharibəsi şəhidi Əliyev Roman Camal oğlunun anım mərasimi keçirilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, din xadimləri, şəhidin yaxınları iştirak etmiş, şəhidin ailəsi və məzarını ziyarət edərək ruhuna dualar oxunmuşlar.




шаблоны для dle 11.2
Вернуться назад