Главная > Maraqlı > Şəhid Sənan Səlimovun şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Sənan Səlimovun şəhadətinin 4-cü ildönümü anıldı


14-10-2024, 18:41. Разместил: admin44

14 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Təzə Alvadı kəndində şəhid Səlimov Sənan Rasif oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Sənan Səlimovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, ərazi nümayəndəliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri şəhidin ailəsini və məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






шаблоны для dle 11.2
Вернуться назад