Главная > Maraqlı > Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldıBu gün, 17:24. Разместил: admin44 |
13 oktyabr 2025-ci il tarixində Masallı rayonunun Güllütəpə ərazisinin Yeni Zuvand kəndində şəhid Nüsrətbəyli Ülvi Arif oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır. Şəhid Ülvi Nüsrətbəylinin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Вернуться назад |