Masallıda qanvermə aksiyası təşkil olundu
Azərbaycan Respublika Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transsfuziya İnstitutu və Masallı Rayon Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında hemofiliya və talassemiya xəstələrinə kömək məqsədi üçün könüllü qanvermə aksiyası təşkil olunmuşdur.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də rayon sakinləri könüllü olaraq iştirak etmişlər.
Qanvermədə iştirak edən aksiya iştirakçıları belə xeyirxah aksiyaların mütəmadi keçirilməsinin önəmli olduğunu vurğulayaraq təşkilatçılara təşəkkürlərini bildirmişlər.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az