Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu

14.01.2026-cı il tarixdə Masallı Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Həsənli ərazisinin Köçəkli kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü keçirib.
Görüşdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə, idarə-müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə çıxış edən Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov ərazidə ötən qəbul zamanı 1 nəfər vətəndaş tərəfindən 1 məsələ qaldırıldığını və həmin məsələnində müsbət həll olunduğunu bildirmişdir.
Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.
Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.




































