Главная > Siyasət / Manşet > MASALLIDA XOCALI FACİƏSİNİN 32-Ci İLDÖNÜMÜ

MASALLIDA XOCALI FACİƏSİNİN 32-Ci İLDÖNÜMÜ


26-02-2024, 18:44. Разместил: admin44

26 fevral 2024-cü il tarixdə Masallı şəhər «Qəhrəmanlar parkı»nda Xocalı soyqırımının qurbanları anıldı.

Səhər saatlarından başlayaraq Masallı şəhər «Qəhrəmanlar parkı»nda, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Xocalı faciəsi qurbanları anılmışdır.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri, tələbə və məktəblilər növbə ilə abidə-kompleksi önünə tər gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.

Saat 17:00-da rayon ərazisində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edilmiş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.












"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад