Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı

    Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı


    19 sentyabr 2024-cü il tarixdə 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları zamanı Masallı rayonundan qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərin xatirəsi anılmışdır.

    Mərasimlərdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

    Belə ki, rayon ərazisində ümumilikdə 6 şəhid məzarı ziyarət olunmuş, şəhidlərin məzarları üzrəni tər qərənfillər düzülərək onların xatirəsi dərin hüznlə yad edilmiş və ruhlarına dualar oxunmuşdur.

    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov lokal antiterror əməliyyatlarının başlamasından bir il ötdüyünü vurğulamış, bu əməliyyatların, Cənab Prezident İlham Əliyevin dediyi kimi, separatçı qüvvələrin Azərbaycanın azad olunmuş torpaqlarından tamamilə təmizlənməsi üçün vacib olduğunu qeyd etmişdir. Şəhidlərin fədakarlığının Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsində böyük töhfə olduğunu bildirərək qeyd edən rayon rəhbəri rayonumuzun bu əməliyyatlar zamanı 8 şəhid verdiyini bildirmiş və onlardan 6-nın rayon ərazisində və 2-nin isə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edildiyini vurğulamışdır.

    Şəhid ailələri anım günündə şəhid adının uca tutulduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinə və qonaqlara minnətdarlıqlarını ifadə etmişlər.

    2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları zamanı Masallı rayonundan qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərin adlı siyahısı.

    1. Şəhid Məmmədov Ramil Habil oğlu 18.10.2004-cü il tarixdə Masallı rayonunun Allahyarlı kəndində anadan olmuşdur. 2022-ci ilin oktyabr ayında müddətli hərbi xidmətə çağırılmışdır. 22.09.2023-cü il tarixdə Allahyarlı kəndində dəfn olunmuşdur. Subay idi.

    2. Şəhid Mirzəyev Sənan Vüqar oğlu 29.12.2004-cü il tarixdə Masallı şəhərində anadan olmuşdur. 2023-cü ilin yanvar ayında müddətli hərbi xidmətə çağırılmışdır. 20.09.2023-cü il tarixdə Masallı şəhərində dəfn olunmuşdur. Subay idi.

    3. Şəhid Əhədov Eltac Əjdər oğlu 04.08.2004-cü ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 2022-ci ilin oktyabr ayında müddətli həqəqi hərbi xidmətə çağırılmışdır. Atası və anası ayrılıb, evin tək övladı idi. 25.09.2023-cü il tarixdə Təzə Alvadı kəndində dəfn olunmuşdur. Subay idi. Şəhid Çaxırlı kənd qeydiyyatında olub.

    4. Şəhid Abbasov Mehti Əmrah oğlu 04.07.2004-cü il tarixdə Masallı rayonunun Sığıncaq kəndində anadan olmuşdur. 2022-ci ilin iyul ayında müddətli hərbi xidmətə çağırılmışdır. 21.09.2023-cü il tarixdə Allahyarlı kəndində dəfn olunmuşdur Subay idi.

    5. Şəhid Yusifli Şəmistan Şükran oğlu 16.011998-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Şəhid Müdafiə Nazirliyinin Baş leytenantı olub. 20.09.2023-cü il tarixdə Xırmandalı kəndində dəfn edilmişdir. Subay idi 4 bacısı var.

    6. Şəhid Babayev Sahil Sarıbala oğlu 21.03.1992-ci il tarixdə Masallı rayonunun Ərəb kəndində anadan olub. 2014-cü il tarixdən Daxili Qoşunlarında MAXE kimi fəaliyyət göstərmişdir. 21.09.2023-cü il tarixdə Ərəb kəndində dəfn edilmişdir. Ailəlidir, 2 oğlan 1 qız övladı vardır. (böyük oğlunun 9 yaşı, kiçik oğlunun 6 yaşı qızının isə 4 yaşı var).

    7. Şəhid Həmidli Mikayıl Vüqar oğlu 28.12.1998-ci ildə anadan olub. Şəhid Müdafiə Nazirliyinin leytenantı olub. 20.09.2023-cü il tarixdə II Fəxri xiyabanda dəfn edilmişdir.
    8. Şəhid İsayev İsmayıl Çərkəz oğlu 24.04.2000-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur. Şəhid Müdafiə Nazirliyinin leytenantı olub. 20.09.2023-cü il tarixdə II Fəxri xiyabanda dəfn edilmişdir.










    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ