Главная > Siyasət / Manşet > Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi

Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi


Dünən, 17:16. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Bütün qeyd olunanlara nümunə olaraq 14 oktyabr 2025-ci il tarixdə rayonun Viləş kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Məmmədov, ərazi nümayəndəliyi, bələdiyyə sədri və vətəndaşların iştirakı ilə ərazidə olan şəhid barelyefləri ziyarət edilmiş, abidələri önünə tər qərənfillər düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.



 


шаблоны для dle 11.2
Вернуться назад