Главная > Təhsil > Masallı Dövlət Regional Kollecində “Cəbrayıl Şəhəri Günü”…

Masallı Dövlət Regional Kollecində “Cəbrayıl Şəhəri Günü”…


5-10-2023, 12:29. Разместил: admin44
 
“Azad Cəbrayıl və azad torpaqlarımız”
 
Masallı Dövlət Regional Kollecində “4 oktyabr - Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru “Tərəqqi” medallı Vidadi Nəzərov möhtərəm Prezidentimiz İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, çıxışında Ali Baş Komandanımızın müdrik siyasəti, şəhidlərimizin, hərbçilərimizin, igidlərimizin qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonunda, eləcə də digər işğaldan azad edilmiş torpaqlarımızda yenidən Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağının dalğalanmasının hər birimizə qürur, fərəh hissi yaşatdığını vurğulayıb.

Kollecin direktor müavinləri Namik Ağayev, Dilarə Hüseynova, müəllim Kəmalə İmanova “Azad Cəbrayıl və azad torpaqlarımız” mövzusunda çıxış ediblər.

Tədbir tələbələrin iştirakı ilə nümayiş olunan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
 



Akif AĞAYEV


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
 

 

шаблоны для dle 11.2
Вернуться назад