Главная > İdman > “Vətən” RİOEUG futbol məktəbinin və Masallı UGİŞM-nin təşkilatçılığı ilə turnir keçirilib

“Vətən” RİOEUG futbol məktəbinin və Masallı UGİŞM-nin təşkilatçılığı ilə turnir keçirilib


9-07-2023, 21:20. Разместил: admin44
 
Bütün yaş qrupları üzrə Masallı futbolçuları birinci olub
 
Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (RİOEUG) Futbol Məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 10-13 yaşlılar arasında minifutbol üzrə zona turniri keçirilib.

İki gün (7-8 iyul) davam edən turnir Masallı şəhərindəki “Viləş” minifutbol meydançasında təşkil olunub.
Yarışların açılış mərasimində əvvəlcə Ümummili Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi anılıb, dövlət himnimiz səslənib.

Sonra Masallı UGİŞM-nin direktoru Əlifağa Yaqubov, “Vətən” RİOEUG futbol məktəbinin direktoru Mübariz Həsənov, məktəbin baş məşqçisi Təbriz Həsənov, Cənub Regional Futbol Federasiyasının Prezidenti Sakin Məmmədazadə, şəhid atası Güləhməd Lətifov, Masallı UGİŞM-nin baş məşqçisi Rövşən Süleymanov, veteran futbolçu Balayar İbayaev və başqaları çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Bildirilib ki, turnirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, məktəblilərin idmana olan marağının artırılması, istedadlı futbolçuların aşkar edilməsidir.

Zona turnirində Masallı, Astara və Cəlilabad rayonlarından olan müxtəlif yaş qrupları üzrə futbol komandaları iştirak edib.

Yarışların yekun nəticələrinə əsasən 10-11 yaş qrupu üzrə Masallı komandası birinci, Cəlilabad komandası ikinci, Astara komandası üçüncü yerə, 12-13 yaş qrupu üzrə isə Masallı komandası birinci, Cəlilabad komandası ikinci, Ərkivan (Masallı) komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə təşkilat komitəsi tərəfindən kubok, medal və diplomlar, fəxri qonaqlara, veteran futbolçulara və məşqçilərə təşəkkürnamələr təqdim edilib.  
 




Akif AĞAYEV



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад