Avropa çempionu Masallı cüdoçularının qonağı olub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Avropa çempionu Masallı cüdoçularının qonağı olub

    Avropa çempionu Masallı cüdoçularının qonağı olub

    • 5-09-2023, 15:47
    • İdman
    • 0
    • 373




     “İdman hamı üçün” layihəsi çərçivəsində
     
    Yeniyetmələr arasında cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Məhəmməd Məmişov Masallı rayonunda cüdoçuların qonağı olub. 

    “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunan görüş yeniyetmə və gənc cüdoçularımız üçün maraqlı anlarla yadda qalıb.
    Əvvəlcə görüşün fəxri qonağı, qalib idmançımız Məhəmməd Məmişov haqqında məlumat verilib. 
    Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, M.Məmişovun məşqçi-müəllimi Murad 

    Cəlilov, Əməkdar məşqçi Xanağa Quliyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev və başqaları son illər idmançılarımızın əldə etdikləri nailiyyətlər, xüsusilə cüdoçularımızın uğurlarından bəhs ediblər. 

    Diqqətə çatdırılıb ki, bu il respublikamızın yeniyetmələrdən ibarət cüdo üzrə yığması Avropa Gənclərin Olimpiya Festivalında, Avropa və Dünya çempionatında və digər mötəbər yarışlarda uğurlu nəticə əldə edərək, ilin ən güclü yeniyetmə cüdo komandası statusunu möhkəmləndirib. Zaqrebdəki Dünya çempionatı cüdo tariximizə yazılacaq bir çox əlamətdar nəticələrlə yadda qalıb. Belə ki, oğlanlar arasında son onillikdə Dünya çempionatından ilk qızıl medalı qazanılıb. İlk dəfə iki Azərbaycan idmançısı Nihad Məmişov (-50 kq. qızıl medal) və Məhəmməd Məmişov (gümüş medal) final görüşündə üz-üzə gəlib və bu görüş Azərbaycan cüdoçuları arasında peşəkarlığı nümayiş etdirib. Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Sevindirici haldır ki, Məhəmməd Məmişov dünya reytinq cədvəlində öz həmkarları arasında 790 xalla birinci pillədədir. İnanırıq ki, Məhəmməd 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında ümidlərimizi doğruldacaq...
    Keçirdiyi yarışlar barədə təəssüratlarını bölüşən Məhəmməd Məmişov qeyd edib ki, hər dəfə fəxri kürsüyə qalxanda, bayrağımızı zirvədə görəndə, himnimiz səslənəndə mənən güclənir, bu duyğusal anlarda özümü dünyanın ən xoşbəxti sanıram... 
    Qeyd edək ki, Məhəmməd öncəki illərdə, tətil günləri ərəfəsində Masallıya gələndə Əməkdar məşqçi Xanağa Quliyevin məşq keçdiyi cüdo zalına baş çəkir, yeniyetmə həmkarları ilə özünəməxsus taktika və fəndləri bölüşür. O, bu dəfə də adətinə sadiq qalıb... 
    Sonda yeniyetmə çempionumuza gələcək yarışlarda və təhsilində uğurlar arzulanıb.
    Əlavə edək ki, həmin gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun qalib idmançımızla görüşüb.
     
    Məlumat üçün bildirək ki, Məhəmməd Asif oğlu  Məmişov əslən Masallı rayonunun Təzə Alvadı kəndindəndir. 25 aprel 2006-cı ildə Bakıda anadan olub. Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

    Məhəmməd həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib. 2018-ci ildə Gürcüstanda keçirilən beynəlxalq turnirdə 30 kiloqram çəki dərəcəsində, 2020-ci ilin yanvar ayında 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyində 42 kiloqram dərəcəsində birinci yerə layiq görülüb.

    2021-ci ilin dekabrında Bakı klubları arasında yeniyetmələrin (U-18) Azərbaycan Cüdo Federasiyası Kuboku yarışında  50 kiloqram çəki dərəcəsində gümüş mükafata sahib olub.

    2022-ci il Məhəmməd üçün daha uğurlu olub, desək yanılmarıq. Azərbaycan birinciliyinin qalibi olduqdan sonra yeniyetmə cüdoçulardan ibarət ölkə yığmasına cəlb edilib. Türkiyədə, Gürcüstanda, Rusiyada, ayrı-ayrı ölkələrdə təşkil olunan beynəlxalq yarışlardan Vətənə qızıl və gümüş medallarla dönüb. İspaniyanın Malaqa şəhərində yeniyetmələr arasında keçirilən açıq Avropa turnirində Məhəmməd Məmişov (50 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Fransanın Strasburq şəhərində kadetlər arasında Avropa kuboku yarışında bürünc, may ayında isə Rumıniyanın paytaxtı Buxarest şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışında gümüş medala sahib olub. Xorvatiyanın Poreç şəhərində yeniyetmə idmançılar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Qitə çempionatında üçüncü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyən Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb. 

    Bu il isə Məhəmməd daha uğurlu nəticələrə imza atıb. Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının (22-25 iyun, 2023) qızıl, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində dünya çempionatının (23-27 avqust) gümüş medalını qazanıb...
     



    Akif AĞAYEV



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ