Lənkəranda zəlzələ baş verib
- 26-07-2023, 12:08
- Maraqlı
- 0
- 133
İyulun 26-da Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 11:03-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4,9-a bərabər olan zəlzələ hiss olunub.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az