Narkomaniya » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Narkomaniya


    Həyatımız üçün ən təhlükəli
    Narkomaniya artıq əsrin, cəmiyyətin sərhəd tanımayan faciəsinə çevrilib. İlk dəfə bu gözəgörünməz bəladan xumarlanan və bundan kim həzz alıbsa deyə bilmərəm. Ancaq bu 74 illik yaşımda həmişə eşitmişəm ki, narkomaniyaya “yox” deyək. Bütün dövlət qurumlarında tədbirlər sərgilənir, çox vaxt deyiblər ki, bu il keçən ildəkindən bu bəla azalıb. Ağlım kəsəndən eşitdiyim faktlar həqiqət olsaydı narkomaniya sözü leksikonumuzdan çoxdan silinmişdi. Ancaq bu həqiqətdir ki, hər gecə telekanallarda narkotik maddələrin çəkisi qramla deyil, kiloqramla, bəzən də tonla göstərilir. Əgər bu sahədə işlər yaxşılığa doğru getsəydi, narkomaniya həyat tərzimizə çevrilməz, cəmiyyətdə, dövlət qurumlarında bu qədər narahatlıq doğurmazdı. 
    Gəlin açıq və real danışaq. Cəmiyyət üçün heç şey gizli qalmasın. Narkoman təkcə öz həyatını uçuruma aparsaydı “SOS”a ehtiyac qalmazdı. Deyərdik ki, can sənin, cəhənnəm Allahın. Bilərdik ki, yuvarlandığın uçurumda yalnız özün məhv olacaqsan. Ancaq belə deyil axı: 

    Yadımda olan, eşitdiyim, şahidi olduğum hadisələr heç də az olmayıb. Biri narkotik qəbul edib qarşısına çıxan bir gənci bıçaqlayıb o dünyalıq edir, bir başqası sükan arxasına keçib “burda mənəm, Bağdadda kor xəlifə”  deyib sürəti istədiyi qədər artırıb faciəli bir qəza törədir.  Belə hadisələri saymaqla qurtaran deyil.

    Bu faktları istənilən qədər artırmaq olar. Onlar cəmiyyətin köksündə şişə, xəstəliyə dönən antipodlardır.  Narkomanlar cəmiyyətdə heç bir problemi həll etmək iqtidarında deyil, əksinə gündəlik həyatımızda çox ciddi problemlər yaradır. Təsəvvür edək ki, ailənin bir üzvü narkotikə qurşanıb. Deməli, hər şey bitdi. Sabaha ümid yoxdur.

    Tanrı ona nə qədər ömür versə, ailəsinə, cəmiyyətə, özünə heç bir xeyri dəymir. Əksinə ailəyə, cəmiyyətə yükdür, narahatlıq, bəzən də dərd-sərdir.
    Ədəbiyyatlarda oxuyuruq: narkomanlıq nədir? İnsan orqanizmində pisixoloji, fiziki asılılıq, digər fəsadlar yaradan ağır bir xəstəlikdir. Narkoman cinayəti həm narkotik maddəni əldə etmək üçün, həm onun qəbulu nəticəsində inkişaf etmiş psixi fəaliyyətin ağır pozuntuları ilə əlaqədar törədir. Narikomanlığa düçar olmuş yeniyetmələr narahat, kobud, hirsli, yaxud məzlum vəziyyətdə ola və narkotik maddələr axtarışı zamanı ağlasığmaz kriminal cinayət hərəkətləri törədə bilər.

    Bu, lap ağır haldır: özü qəbul edib özünü məhv edir, başqasını bu yola çəkirsə, cəmiyyətə zərbə vurur. Harkotiklər, hepatitlər, QİDS və bu kimi insan sağlamlığına təhlükə yaradan infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır.
    Orqanizmin zəhərlənməsi, qıcolmalar, damarlarda irinli yaralara, dəri-zöhrəvi kimi xəstəliklərə yoluxma riskini artırır. 

    Bir neçə il əvvəl şahidi olduğum hadisəni oxuculara çatdırmaq istəyirəm. Dostlarımdan birinin kürəkəni narkoman olduğu üçün toydan bir ay sonra həyat yoldaşını ata evinə göndərdi. Atasının dostu onu görüb: təəssüf  edirəm, sən qızı verəndə demək istəyirdim, ancaq...

    Görün,  bu özü cinayət və Allahsızlıq deyilmi?
    Əslində narkoman ailə quranda onlarca yaxını, tanıyanı onun bu yolda olduğunu bilir, ancaq bunu mənə deməyib susur. Belə faktlar yüzlərlədir.
    Əgər dostlarımızdan, qonşularımızdan, lap tanıdığımız bir gəncdirsə, onların narkotikdən istifadə meyillərini biliriksə, dərhal tədbir görmək, müəllimlərinə, valideynlərinə, deyərdim ki, polisə belə məlumat verməkdən çəkinmək cinayətdir.
    Yeniyetmələr, gənclər gələcəyimizdir. Onların bu dəhşətli bəladan uzaq olmasına çalışmalıyıq. 

    Hər axşam televiziya kanallarında ölkəmizin müxtəlif  regionlarda tonlarla narkotik satanlar müəyyənləşdirilirsə buna biganə qalmaq olmaz. 
    Xüsusilə tələbə gəncləri sabahımıza ümid verənləri bu faciədən qorumaq günün ən vacib məsələsidir.
    Bu sahədə aparılan tədbirlərdə narkomaniyaya və və onun fəsadları çılpaqlığı ilə gənclərə çatdırılmalıdır. Heç bir detal gizli saxlanılmamalıdır. Belə məqamda “Sandığı açmaq, pambığı tökmək”vacibdən vacibdir.

          
     HƏSƏNAĞA

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ