17 oktyabr Füzuli şəhəri günüdür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 17 oktyabr Füzuli şəhəri günüdür

    17 oktyabr Füzuli şəhəri günüdür


    Artıq Füzuli rayonunun işğaldan azad olunmasından 3 il ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır.  Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir.
                 
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-də erməni quldur dəstələrinin genişmiqyaslı hücumuna cavab olaraq əks-hücum əməliyyatı əmrini verdi. Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabit heyəti cənab İlham Əliyevin əmrini ləyaqətlə yerinə yetirməyə başladı. Yaşayış məntəqələrinin, strateji yüksəkliklərin işğaldan azad olunması, xalq hakimiyyət birliyi öz nəticəsini göstərdi. Cənab İlham Əliyev böyük sərkərdəlik istedadı ilə ilk günlərdən işğal olunmuş ərazilərimizdə düşmən qüvvələrinin yaratdığı möhkəmləndirilmiş istehkamları, təminat yollarını darmadağın etdi. Ərgünəş yüksəkliyinin ələ keçirilməsi müharibənin dönüş nöqtələrindən biri oldu. İgid oğullarımız iki yüz illik erməni fitnə-fəsadına son qoydu. Dünya hərb elminə ədalətli müharibənin yeni konturları yazıldı. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində müdrik  
               
    Prezidentimizin qətiyyətli tədbirləri dünyanı heyrətdə qoydu. Nəticədə dədə-baba yurdlarımızdan biri-Füzuli rayonu işğaldan azad olundu. Xalqımıza bu səadəti, xoşbəxtliyi cənab İlham Əliyevin müdrik rəhbərliyi altında igid oğullarımız bəxş etdi. Füzuli rayonu öz azadlığına qovuşdu. Bu xoşbəxtliyə görə cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.
             
    Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə  
               
    Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Artıq iki ildir ki, Füzuli rayonunda abadlığ-quruculuq işləri aparılır. Füzuli rayonu yeni  inkişaf dövrünə qədəm qoyub. İşğaldan azad olunduqdan  sonra Ölkə Prezidenti cənab İlham  Əliyev  Füzuli  rayonu  ərazisinə dəfələrlə səfər etmişdir. Zəfər yolunun, magistral  avtomobil yollarının çəkilməsi, Füzuli Beynəlxalq havanlimanının açılması bölgənin gələcək böyük inkişafından xəbər verir. Azıx mağarasında qədim erməni xalqının qalıqlarını axtarmaq gülünc  işdir. Bu ərazinin əsl qədim sahiblərinin
             
     Azərbaycanlılar  olduğuna orada olan tarixi,  mədəni irs nümunələri sübut edir. Prezidentimizin rəhbərliyi altında aparılan genişmiqyaslı  işlər  dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adına  layiqdir. Elektrik təsərrüfatının yenidən qurulması, bərpa olunan enerji layihələrinin tətbiqi insanların firavan yaşamasına xidmət edəcək. Hazırda Füzuli şəhərinin baş planının təsdiq  olunması, ona uyğun olaraq inşaat işlərinin başlanması, Füzuli şəhərinin “Ağıllı şəhər” Dövlətyarlı  kəndinin “Ağıllı kənd” kimi yenidən qurulması dövlətimizin iqtisadi gücündən xəbər verir.

                                   

    Ceyhun Hüseynov,          
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi  




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ