Главная > Maraqlı > 17 oktyabr Füzuli şəhəri günüdür
17 oktyabr Füzuli şəhəri günüdür18-10-2023, 12:29. Разместил: admin44 |
Artıq Füzuli rayonunun işğaldan azad olunmasından 3 il ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır. Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-də erməni quldur dəstələrinin genişmiqyaslı hücumuna cavab olaraq əks-hücum əməliyyatı əmrini verdi. Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabit heyəti cənab İlham Əliyevin əmrini ləyaqətlə yerinə yetirməyə başladı. Yaşayış məntəqələrinin, strateji yüksəkliklərin işğaldan azad olunması, xalq hakimiyyət birliyi öz nəticəsini göstərdi. Cənab İlham Əliyev böyük sərkərdəlik istedadı ilə ilk günlərdən işğal olunmuş ərazilərimizdə düşmən qüvvələrinin yaratdığı möhkəmləndirilmiş istehkamları, təminat yollarını darmadağın etdi. Ərgünəş yüksəkliyinin ələ keçirilməsi müharibənin dönüş nöqtələrindən biri oldu. İgid oğullarımız iki yüz illik erməni fitnə-fəsadına son qoydu. Dünya hərb elminə ədalətli müharibənin yeni konturları yazıldı. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində müdrik Prezidentimizin qətiyyətli tədbirləri dünyanı heyrətdə qoydu. Nəticədə dədə-baba yurdlarımızdan biri-Füzuli rayonu işğaldan azad olundu. Xalqımıza bu səadəti, xoşbəxtliyi cənab İlham Əliyevin müdrik rəhbərliyi altında igid oğullarımız bəxş etdi. Füzuli rayonu öz azadlığına qovuşdu. Bu xoşbəxtliyə görə cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Artıq iki ildir ki, Füzuli rayonunda abadlığ-quruculuq işləri aparılır. Füzuli rayonu yeni inkişaf dövrünə qədəm qoyub. İşğaldan azad olunduqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyev Füzuli rayonu ərazisinə dəfələrlə səfər etmişdir. Zəfər yolunun, magistral avtomobil yollarının çəkilməsi, Füzuli Beynəlxalq havanlimanının açılması bölgənin gələcək böyük inkişafından xəbər verir. Azıx mağarasında qədim erməni xalqının qalıqlarını axtarmaq gülünc işdir. Bu ərazinin əsl qədim sahiblərinin Azərbaycanlılar olduğuna orada olan tarixi, mədəni irs nümunələri sübut edir. Prezidentimizin rəhbərliyi altında aparılan genişmiqyaslı işlər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adına layiqdir. Elektrik təsərrüfatının yenidən qurulması, bərpa olunan enerji layihələrinin tətbiqi insanların firavan yaşamasına xidmət edəcək. Hazırda Füzuli şəhərinin baş planının təsdiq olunması, ona uyğun olaraq inşaat işlərinin başlanması, Füzuli şəhərinin “Ağıllı şəhər” Dövlətyarlı kəndinin “Ağıllı kənd” kimi yenidən qurulması dövlətimizin iqtisadi gücündən xəbər verir. Ceyhun Hüseynov, Masallı MRX İƏ söbəsinin mütəxəssisi "Yeni həyat" qəzeti, www.yeniheyet.az
Вернуться назад |