10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat

    10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat


    Noyabrın əvvəllərində erməni ordusu demək olar ki, tam sürətlə geri çəkilir, heç bir müqavimət göstərmirdi. Xarici müxbirlər erməni silahlı qüvvələrinin arxa cəbhəsində vahimənin get-gedə artması barədə xəbərlər yayırdılar.
             
    Ayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev 23 kəndin işğaldan azad olunduğunu bəyan etdi. Bir qədər sonra daha 48 kəndin, 1 qəsəbənin azad edildiyi, 8 strateji yüksəkliyin ələ keçirildiyi barədə xəbər verildi. Noyabrın 9-dan 10-na keçən gecə üç dövlətin - Azərbaycan, Rusiya və Ermənistanın liderləri keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.
                 
    Həmin gecə Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək demişdi: "Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub... Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu Bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu Bəyanata öz imzamı atmışam. Çünki bu Bəyanat uzun illər davam edən
    işğala son qoyur...".
                   
    Bəyanata əsasən noyabrın 20-də Azərbaycan Ordusu Ağdam rayonuna daxil oldu. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Ordumuzun nəzarətinə keçdi. Qələbədən bir qədər sonra Azərbaycan keçmişin qara səhifəsini bağlamaq məqsədilə  düşmən ölkəyə sülh təklif etdi. Bu məsələ isə hələ də masa üzərindədir. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Qardaş Türkiyənin qəti mövqeyi. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır;
                     
    İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.




    Şükürova Aytən,
    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ