• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətən Müharibəsi şanlı Qələbəmizdir

    Vətən Müharibəsi şanlı Qələbəmizdir

                 
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev  Prezidentlik fəaliyyəti dövründə daim planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başlanıldı və 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və həm də Möhtəşəm Qələbə tariximizdir.  
                   
    30 il ərzində  daim Azərbaycana qarşı diversiyalarını davam etdirən erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdilər. 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirdilər.Bu azmış yenə Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bu təxribat zamanı hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
                 
    Ali Baş Komandan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı. Azərbaycan buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi”  Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu.
                 
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Vətən müharibəsi bizim qızıl hərflərələ yazılan şanlı tariximiz, şəhidlər və qazilərimiz qürur mənbəyimizdir.
                 
    Azərbaycan hər zaman yalnız sülh, dinc  yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərini daim pozmağa çalışır. Unudur ki, Azərbaycan “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atıb. Ermənistan və onun havadarları unudur ki, Azərbaycan işğaldan qurtardığı torpaqlarında cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini qoyub. Bu təməli sərhəd təxribatları əsla sarsıda bilmir və bundan sonrada bilməz.Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da Müzəffər xalq və Qalib Dövlət kimi əbədi olaraq yaşayacaq.

       


    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    2. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    3. 18:04 Kanstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 16.10.2025
    4. 17:53 Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi
    5. 17:50 Masallının Tüklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.10.2025
    6. 17:26 Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 17:19 Masallıda rayon rəhbərinin 16 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 13:46 Azərbaycan Prezidentinə yazırlar
    9. 12:59 Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir
    10. 19:18 Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    11. 19:15 Masallıda 01-15 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 19:12 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il
    13. 19:11 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 oktyabr 2025
    14. 19:09 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 oktyabr 2025
    15. 12:55 Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi
    16. 11:52 Rayon rəhbəri Sığdaş ərazisində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir
    17. 10:58 Şəhid Sənan Səlimovun şəhadətinin 5-ci ildönümü anıldı
    18. 10:51 Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri
    19. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    20. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    21. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    22. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    23. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    24. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    25. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    28. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    31. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    32. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    33. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    34. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    35. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    36. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    37. 13:33 Azərbaycanın atdığı addımlar irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.  
    38. 09:36 Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. 
    39. 09:10 Masallıda rayon rəhbərinin 09 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 20:44 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid adına olan küçələrə baxış keçirib
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ