Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi özü-özlüyündə tərəflər arasında hüquqi münasibətlərin icrasını da şərtləndirir, zəruri edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi özü-özlüyündə tərəflər arasında hüquqi münasibətlərin icrasını da şərtləndirir, zəruri edir

    Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi özü-özlüyündə tərəflər arasında hüquqi münasibətlərin icrasını da şərtləndirir, zəruri edir


     

     Ötən gün dövlət başçısı televiziya kanallarına müsahibə verib. Prezident bir sıra mühüm məsələlərə toxunub. Onun yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirib. Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir? İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək.

            
      İkinci mərhələ: anklav olan - Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur, çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır; Ki, iki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir, digər tərəfdən, bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır;

     Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir. Nikol Paşinyan "barter"dən - SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd, Əliyev anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır.

    Azərbaycanın tarixi Qələbəsindən geniş söhbət açıb. Bildirib ki, cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunub. Dövlət başçısının sözlərinə görə, bu parlaq Qələbə ilə yanaşı, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, Ruben Vardanyan kimi personajların da tutulması böyük bir tarixi hadisədir. Prezident deyib ki, Azərbaycana qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər.

    Dövlət başçısının İrəvanda olan iki nəfərlə bağlı fikirlərinə gəlincə, bu iki şəxs Azərbaycan xalqı əleyhinə hərbi-siyasi cinayətlərdə iştirak edib. Bunları beynəlxalq hüquq iki formada qiymətləndirir: müharibə cinayətləri və qeyri-müharibə şəraitində insanlıq əleyhinə cinayətlər. Azərbaycan Prezidentinin haqqında bəhs etdiyi iki şəxs sözsüz ki, Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyandır. Bu iki şəxsin Azərbaycana təhvil verilməsi məsələsi Ermənistan dövləti üzərində hüquqi öhdəlikdir. Əvvəla ona görə ki, insan haqları məsələsi bütün dövlətlərin daxili məsələsi deyil, bəşəri məsələ hesab olunur. İkincisi, insan hüquqlarına və haqlarına xətər yetirən, zərbə vuran, onu pozan, təhdid edən, ehtiyac olmadığı halda alternativ addımlar ataraq digər hüquq pozuntularına yol verən, müharibə və insanlıq əleyhinə olan cinayətlər törədənlər varsa, hər bir dövlət belə şəxslərin cəzalandırılmasında maraqlı olmalıdır. Bununla bağlı BMT qarşısında hər bir dövlətin öhdəliyi var. Deməli, Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi özü-özlüyündə tərəflər arasında hüquqi münasibətlərin icrasını da şərtləndirir, zəruri edir.

      Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin "Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir" deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir. Və İlham Əliyevin "erməni anklavı" ifadəsinin iki istiqamətdə manevr xarakterli olması istisna edilməməlidir.

    Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşü nəzərdə tutulur. İlham Əliyev bəyan etdi ki, görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası müzakirə olunacaq.

     

                            
    Ceyhun Hüseynov ,
    Masallı RMX İƏ üzrə mütəxəssis


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ