Azərbaycan öz müdrik Prezidentinin rəhbərliyi ilə haqq işini yekunlaşdırıb və ədaləti bərpa edib   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan öz müdrik Prezidentinin rəhbərliyi ilə haqq işini yekunlaşdırıb və ədaləti bərpa edib  

    Azərbaycan öz müdrik Prezidentinin rəhbərliyi ilə haqq işini yekunlaşdırıb və ədaləti bərpa edib  


     
    Ölkə Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2024-cü il tarixində yerli telekanallara verdiyi müsahibəsində həm ötən il ölkəmizdə baş vermiş mühüm tarixi hadisələr, həm də Azərbaycanın gələcək inkişafını təmin edəcək planlar barədə ətraflı açıqlamalar yer almışdır. Əlbəttə ki, 2023-cü ilin ən önəmli və bütün xalqımız üçün ən qürurverici hadisələrindən biri məhtərəm dövlət başçımızın oktyabr ayının 15-də Xankəndidə Azərbaycan Bayrağını qaldırması olmuşdur. Öz müsahibəsində bu hadisə ilə bağlı ona ünvanlanan sualı cavablandıran cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hansı hissləri keçiribsə, dövlət başçımız özü də müqəddəs bayrağımızı ucaldarkən eyni hissləri yaşayıb. Cənab Ali Baş Komandan bir daha hər kəsə sübut etdi ki, ədalətin zəfər çalması üçün ona inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Cənab Prezident bunu da vurğuladı ki, ədalət özü-özünə gəlmir, ədaləti gərək təmin edəsən. Həqiqətən də, son 10-15 il ərzində Azərbaycan Prezidenti bütün çıxışlarında dəfələrlə bəyan etmişdi ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər isə, buna məhəl qoymur. Buna görə də, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Azərbaycan da öz müdrik Prezidentinin rəhbərliyi ilə haqq işini yekunlaşdırıb və ədaləti özü bərpa edib. 

     Fikirlərini davam etdirən müsahibimiz daha sonra bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 beynəlxalq konfransının əhəmiyyətindən bəhs edərək bunları deyib: “Cənab Prezident İlham Əliyev bu məsələyə indi çox ciddi önəm verildiyini vurğulamaqla, COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətli nailiyyət olduğunu diqqət mərkəzinə çəkmiş oldu. Qeyd olundu ki, əsas məqsəd dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaqdır. Aydındır ki, getdikcə dünyada yaşıl enerjiyə tələbat daha da artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil. Əlbəttə ki, Azərbaycanın bu sahədə malik olduğu nəhəng potensial bizə bu trendin içində olmaq imkanı verir. Dövlət başçımızın dediyi kimi, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın Xəzərdəki potensialını 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə ölkəmiz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracaq. Artıq imzalanmış kontraktlar və anlaşma memorandumları isə 10 min meqavat istehsalı nəzərdə tutur. Bu kontraktlar və memorandumlar isə, dünyanın aparıcı yaşıl enerji şirkətləri imzalanıb. Ona görə fərz etmək olar ki, onların hamısı icra ediləcək və bu, Azərbaycanın bütün daxili tələbatını ödəyəcək. Həmçinin cənab Prezident İlham Əliyev bildirdi ki, bu layihələrin iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, ölkəmizə imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək.

    Həmçinin müsahibimiz sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlı məsələyə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Təbii ki, Azərbaycan-Ermənistan münasibətlərində ölkə ictimaiyyətini ən çox maraqlandıran məsələlərdən biri də sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlıdır. Öz müsahibəsində bu barədə detallı açıqlama verən möhtərəm dövlət başçımız bildirdi ki, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir. O cümlədən cənab Prezident bildirdi ki, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı da bu məsələni qaldırmışdır və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Qeyd olundu ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: Qazax-Tovuz bölgəsinin delimitasiya məsələsi. Eyni zamanda cənab Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiya və demarkasiyasının niyə məhz 1975-ci il xəritələrinə əsasən aparılmasını vacib saydığına da aydınlıq gətirdi. Dövlət başçısı bildirdi ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. Ermənilər məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə də Azərbaycan buna qəti surətdə etiraz edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim mövqeyimiz çox ədalətli və məntiqlidir.

     

    Rusif Kərimov,
     Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    2. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    4. 12:10 YENİ KİTABLAR         
    5. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    6. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    7. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    8. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    9. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    10. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    11. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    12. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    13. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    14. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    15. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    17. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    18. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    19. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    20. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    21. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    22. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    23. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    24. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    25. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 09:32 Nadir Ağayevin xatirə turnirində
    28. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    29. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    30. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    31. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    32. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    33. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    34. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    35. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    36. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    37. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    38. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    40. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ