“Yeni həyat” sizin qəzetinizdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Yeni həyat” sizin qəzetinizdir

    “Yeni həyat” sizin qəzetinizdir

                                                                                                                                                 QƏZETƏ ABUNƏ MƏSƏLƏSİ...

    Bir vaxtlar həftədə üç dəfə 14-15 min tirajla çıxan, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan, rayonun bütün sahələrini  – kənd təsərrüfatını, sənayesini, təhsil, səhiyyə, idmanı, tikintisini mütəmadi işıqlandıran “Yeni həyat” (“Çağırış”) qəzeti indi tənəzzül dövrünü yaşayır. SSRİ Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülən, dəfələrlə ittifaq qəzetlərində qabaqcıl informasiya vasitəsi kimi adı çəkilən, müstəqillik illərində də uğurlarını əldən verməyən bu mətbu vasitəsinin dərd-sərləri niyə artıb? Bu suala cavab tapmaq həm asandır, həm də çətin. Düzdür hiss edirik ki, gənclərin qəzet, jurnal və kitaba marağı azalıb. İndi onları yüngül əyləncəli məsələlər, görüntülər, kimisə təhqir edib cəmiyyətdə nüfuzdan salan, iftira dolu materiallar, xəbərlər daha çox maraqlandırır. Narkomaniya, alkoqolizm, boşanmalar, qumarbazlıq, ağvalideynlik, fırıldaqçılıq və s. əndazəyə gəlməyən hallardan baxəbər olmaq onlar üçün maraq kəsb etmir.

    Ayda iki nömrəsi buraxılan qəzetimizin yolunu ancaq orta və yaşlı nəslin nümayəndələri gözləyirlər.

    İnformasiya vasitəsi kimi xüsusilə məktəb direktorları və rayonumuzda yerləşən regional idarələrin rəhbərləri bu qəzetə abunə olmamaq üçün  daha çox canfəşanlıq edirlər. Bir-iki il əvvəl qəzetimizə könüllü abunə yazılan telekom, səhiyyə obyektləri, məktəblər, Viləşçay dəryaçası, bəzi  hüquq-mühafizə təşkilatları, rayon elektrik şəbəkəsi,  kommunal xidməti müəssisəsi bu gün dəfələrlə etdiyimiz xahiş, minnətimizə əhəmiyyət vermir və bəziləri etik qaydalarını  unudub çinovnuksayağı kobudluq da göstərirlər.

    Qəzetimizdə qeybə çəkilən “Məhkəmə salonunda” və “Sakit,  məhkəmə gedir” rubrikaları müntəzən gedirdi. Bu mövzuda cəmiyyəti maraqlandıran  yazıları oxucularımız izləyir və yeri gələndə onları maraqlandıran qeydləri də bizə göndərirdilər. Dövlət yol polisi də redaksiyamızla əlaqəni üzdü.  Halbuki, rayonda bu sahədə baş verən qəzalar, yol qaydalarını pozan sürücülər barəsində maraqlı faktlarla oxucular qəzetimiz vasitəsilə  tanış olurdular.
    Təvəzökarlıqdan uzaq olsa da qeyd etməliyik ki, “Yeni həyat” bu gün də rayon qəzetləri arasında nüfuzlu mətbuat vasitəsi kimi seçilir. Ölkənin bir çox rayonlarında qəzetlərin fəaliyyətinə xitam verilib. Ancaq kollektivimiz 92 yaşlı “Yeni həyat”ı yaşadır, ona yeni ruh verməyə çalışır. Bu uğurlarımıza görə biz ilk növbədə rayon rəhbərliyinə minnətdarıq. Qəzetimizi mütəmadi izləyən RİH başçısı Araz Əhmədov çox vaxt tövsiyələrini də əsirgəmir.
    Qəzetimiz özünün təşkilatçılıq funksiyasına həmişə sadiqdir. İdarə və müəssisələrdəki bəzi biabırçılıq hallarına, rayonun adına xələl gətirməsinə görə, göz yumuruq və bu faktların aradan qaldırılması üçün bir çox idarə başbilənlərinə tövsiyələr də veririk.
    Qəzet burada çalışan kollektivin şəxsi malı deyil. Bütün rayonun görən gözü, vuran əli, döyünən ürəyidir. Masallının salnaməsini yaradan bu mətbu orqanına hamı ziyalı gözü ilə baxmalı, xeyriyyəçilik nümunəsi göstərməlidir. Məktəb direktoru və bəzi müəssisə rəhbərləri rayonda hansı qəzetin çıxdığını bilmirsə onun ziyalılığı da sual altındadır.
    Və ya regional idarələrin rəhbərləri hansı rayonda yerləşdiklərini yaddan çıxarmamalı, Masallının ictimai-siyasi həyatında mütəmadi iştirak etməlidirlər.

    Unutmasınlar ki, rayonda əməkdar müəllimlərin, həkimlərin, ağsaqqal ziyalıların vəfat etdiklərini ilk dəfə biz oxuculara xəbər verir, nekroloqlarını onlara təqdim edirik.

    Bəzi idarə və müəssisə rəhbərlərinin biganəliyi, soyuqqanlığı, işini bilməməsi səbəbindən qəzetimizdə həmin sahələrin işıqlandırılması da unudulub. Çünki bu müdirlər qəzetin müraciətlərinə əhəmiyyət vermir, müxtəlif bəhanələrlə yaxalarını kənara çəkirlər.

    “Yeni həyat” rayonumuzun ictimai-siyasi qəzetidir. Onun daha maraqlı çıxması ziyalılarımızin bu qəzetə münasibətindən çox  asılıdır. Gəlin yaxşı əməllərə rəvac verin, rəhmətlik Hacı Zeynalabdin Tağıyevin mətbu sözə verdiyi qiyməti, göstərdiyi xeyirxahlığı yada salın.

    Hörmətli ziyalılar, əlinizi “Yeni həyat”ın əlindən üzməyin. Qəzetimizin rayonun tarixindən silinəsinə  səbəbkar olmayın. Hər zaman yaşadanlardan olub “Yeni həyat”ın xeyir-duasını alın. “Yeni həyat”a nizamlı şəkildə abunə olanlara minnətdarlıq edir, bütün təklif, elan və təbriklərinizi işıqlandırmağa hazır olduğumuzu bildiririk.
     









     “Yeni həyat”çılar.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ