Göydən düşən müdirlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Göydən düşən müdirlər

    Göydən düşən müdirlər


    Göydən düşən müdirlər
    və ya bir daha abunə məsələsi barədə                                                                                                                                                                          
    Belə-belə işlər
    Qapını açıb müdirdən içəri girmək üçün icazə istədim. Ədəb-ərkanla salam verib özümü təqdim etdim. Məni tanıdınızmı, deyə soruşdum. Yox, tanımadım. Mən də deyəsən sizi xatırlaya bilmirəm, – öz növbəmdə cavab verdim. Sizə nə lazımdır, deyə hökmlə soruşdu.
    -Görürsünüz ki, ağsaqqal adamam, icazə verəydiniz bir oturum, sonra tanışlığımıza çalışarıq. Məni qıyğacı süzüb sussa da oturdum.

    -Ay müdir, mən Həsənağa Əliyevəm. Əlli iki ildir ki, rayon qəzetində çalışıram. Masallının elə guşəsi, elə idarəsi yoxdur ki, tanımayım. Sizin bu idarənin tədbirlərində də iştirakım çox olub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Rayonda, ölkənin bir çox bölgəsində jurnalist-publisist kimi tanınıram. Hazırda rayon Ağsaqqallar Şurasının idarə heyətinin də üzvüyəm. Ziyalılar Cəmiyyətində öz yerim var. On iki publisist kitabın müəllifiyəm. Sonuncu kitabım şəhidlərimiz barədədir. Sözüm budur ki, necə olur bir-birimizi tanımırıq və təəccüb edirəm, necə olur ki, “hop edib” gəlib bu kresloya sahib olubsuz?

    Müdir yenə yüksək səslə: adamları vəzifəyə siz qoyursuz? Mən də ötkəm səslə: bəli, mən seçirəm. Necə olur ki, mənim də, ictimaiyyətin də tanımadığı bir şəxs bu vəzifəyə qalxıb. Oğul, sən bu kürsüyə qalxana kimi gərək rayon ictimaiyyəti tərəfindən tanınaydın ki, heç kim barmağını dişləyib deməsin: ey dadi-bidad, bu hardan gəlib bu pilləyə qalxıb? Çünki biz nəsildən olanlar həmişə görüblər ki, rayonun ictimai-siyasi həyatında fəal olanlar irəli çəkilir. Heç olmazsa çalışdığınız sahədə tanınaydınız. Hamı bilməlidir ki, sən yaxşı mühəndis, iqtisadçı, həkim, müəllim və nə bilim nə olubsan. Hamı bu vəzifəyə təsadüfi gəlmədiyinizi təsdiqləyəydi. Müdir, siz hələ vətəndaşları qəbul etmək qaydalarını bacarmırsınız.

    Müdir yenə ötkəm səslə nəticəyə, məqsədə gəlin, deyə soruşdu:
    -Müdir, mən rayon qəzetinə abunədə bizə dəstək olmağınızın xahişinə gəlmişəm. Bir əsrə yaxın bu məcmuənin yaşamasına kömək göstərəsiniz.
    -Yox, bu mümkün deyil, indi abunə könüllüdür. Odur mən heç kimdən bunu tələb edə bilmərəm. İndi rüşvət də ala bilmirik ki, qəzetə kömək edək.

    Dedim ki, müdir, biz sizin rüşvət alıb-almadığınıza görə gəlməmişik. O işə əncam çəkən təçkilatar da var. Gəlmişik ki, böyük müəssisəniz var. Sizin tədbirlərinizi mütəmadi işıqlandırırıq. Rüşvət alıb-almamağınızla bağlı əlimizdə fakt var. Lap bu yaxınlarda bir işçini işə götürmüsünüz. Ondan yararlanmısınız. Amma sizin məfkurənizə bələd olduq. Biz getdik. Sizin kimi göydən düşən müdir rayonda çoxdur. Ziyalılıqdan uzaq olan belə müdirlərin təkəbbürünə baxmayaraq biz “Yeni həyat”ı yaşadacağıq. Çünki, bu qəzet rayona gərəkdir, əsl ziyalıların səbirsizliklə gözlədiyi mətbu orqandır.



    Həsənağa ƏLİ MURTUZA


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ