Viləşçay su anbarının II növbəsinin tikintisinin ekoloji qiymətləndirilməsi üzrə ictimai dinləmələr keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Viləşçay su anbarının II növbəsinin tikintisinin ekoloji qiymətləndirilməsi üzrə ictimai dinləmələr keçirilib

    Viləşçay su anbarının II növbəsinin tikintisinin ekoloji qiymətləndirilməsi üzrə ictimai dinləmələr keçirilib



    Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sosial-infrastruktur və tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsinə dair növbəti ictimai dinləmələr Masallı rayonunda keçirilib.

    Viləşçay su anbarının II növbəsinin tikintisinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlicançay su anbarı ilə yanaşı yaradılması nəzərdə tutulan digər su anbarları üzrə layihələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Vahid İşçi Qrupunun üzvləri, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak ediblər.
    İctimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan layihənin ekoloji cəhətdən qiymətləndirilməsi və kompensasiya mexanizmləri, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub, eyni zamanda əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib.

    Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, layihələrə rəy verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.
    Tədbirdə tikinti və infrastruktur layihələrinin icrası zamanı təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin və yaşıllıq balansının qorunub saxlanılmasının xüsusi əhəmiyyəti qeyd olunub.

    Viləşçay su anbarının bəndinin qaldırılması layihəsinin xüsusən qapalı borularla çəkiləcək suvarma suyu və içməli suyun həcminin 2 dəfə artırılması, həmçinin suyun keyfiyyətinin yaxşılaşdırılması, çirkab sularının idarə olunması baxımından xüsusi önəmi vurğulanıb.
    Layihənin baş mühəndisi Alı Alıyev bildirib ki, anbarın su həcminin artırılması və bəndin qaldırılması üzrə üç varianta baxılıb. Qərar qəbul olunaraq su səviyyəsi 87 metr, ümumi su həcmi 95 milyon kubmetr olan variant üzrə texniki iqtisadi əsaslandırma və işçi layihə sənədləri hazırlanıb. Digər məsələlərdən biri isə su anbarının mühafizə zonasıdır. Mühafizə zonasına düşən bütün infrastruktur köçürüləcək və yol kənara çıxarılacaq, həmçinin vətəndaş və sahibkarlara dövlət tərəfindən müəyyən kompensasiyalar ödəniləcək. Masallı–Yardımlı yolunda olan körpü, həmçinin avtomobil yolunun az bir hissəsi yenidən qurulacaq. 

    Digər məsələ isə termal suların çaya və anbara qarışmasıdır. İçməli su təminatı üzrə illik 8 milyon kubmetr su təmizləmə gücünə malik hazırki su anbarının potensialının 2 dəfə artırılması nəzərdə tutulub.
    Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sakinlər, həmçinin sahibkarlar tərəfindən razılıqla qarşılanıb və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.
    Tədbirin ikinci hissəsində Masallı şəhər Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində ikimərtəbəli 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi də həyata keçirilib.
    Xüsusilə yaşıllıqların saxlanılması ilə bağlı layihə icraçıları qarşısında müvafiq ekoloji tələblər irəli sürülüb. Adıçəkilən mövzular üzrə ictimai dinləmələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.






     


    İlkin Adıyev, 


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ