Главная > Maraqlı > Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib


1-08-2023, 19:05. Разместил: admin44

Xəbər verildiyi kimi, 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Rayon Prokurorluğundan bildirilib ki, istintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад