Главная > Maraqlı > Poeziya buketi

Poeziya buketi


9-08-2023, 11:15. Разместил: admin44

 Dalğalanan Bayrağım!
Ey üç rəngli bayrağım,
Dalğalan dəniz kimi.
Murovun zirvəsində,
İftixarla dalğalan.
Dalğalan, qoy partlasın
Düşmənlərin ürəyi!
Ulduzundan atəş tutsun,
Paşinyanın kürəyi.
Daşa dönsün ürəyində
Onun arzu, diləyi.
Ey üç rəngli bayrağım,
Dalğalan dəniz kimi,
Füzulidə dalğalan.
Qarabağ Azərbaycandır!
Qarabağda dalğalan.
Şükür son qoyuldu
30 illik həsrətə.
Şanlı ordum zəfər çaldı
Layiqdir şan – şöhrətə.
Bizə zülüm eyləyənlər
Tuş gəldilər nifrətə.
Ey üç rəngli bayrağım,
Dalğalan dəniz kimi,
Zəngilanda dalğalan.
Qarabağ Azərbaycandır!
Qarabağda dalğalan!
Ucaldı Bayrağımla
Yurdumuzun haqq səsi.
Şükür ,yerdə qalmadı
Anaların naləsi.
Alındı düşmənlərdən
Şəhidlərin qisası.
Ey üç rəngli bayrağım,
Dalğalan dəniz kimi.
Kəlbəcərdə dalğalan.
Qarabağ Azərbaycandır!
Qarabağda dalğalan!
Qarabağın hər qarışında
Millətimin qanı vardır.
Mahnısı  ilə şəhid olan,
İgid əsgər Xudayardır.
Ey üç rəngli bayrağım,
Dalğalan dəniz kimi,
Şəhidlərin şərəfinə dalğalan
Rəşadətli ordumuzun
Qüdrəti ilə dalğalan!
Qarabağ Azərbaycandır!
Qarabağda dalğalan!
Yurdumun  hər güşəsində dalğalan!
 


                                                     
İlkanə MURADOVA,
Xırmandalı kəndi      



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az                                            

шаблоны для dle 11.2
Вернуться назад