Masallı Bioloji Təbabət Klinikasının uğurları » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Bioloji Təbabət Klinikasının uğurları

    Masallı Bioloji Təbabət Klinikasının uğurları



    Regionda dünya standartlarına uyğun diaqnostika və müalicə mərkəzi

    “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.
    İlham Əliyev

    Bioloji Təbabət Klinikalar Şəbəkəsi olaraq, Masallı Bioloji Təbabət Klinikası artıq beş ildir ki, fəaliyyət göstərir. Bu müddətdə klinika Cənub bölgəsində xəstələrin çox böyük etimadını, inamını qazanıb. Çünki orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya, inteqrativ təbabət son yenilikləri və uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail olub. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna, inteqrativ təbabətə üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artır. Təsadüfi deyil ki, bioloji müalicə və inteqrativ təbabət sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülüb. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çox böyük uğurla çalışırlar. Bu həkimlər də bir vaxtlar (2002-2010- cu illərdə) Bioloji təbabəti Azərbaycana gətirən böyük ziyalı Elxan Yaqubovun təşkil etdiyi seminarlarda iştirak edərək, bu sahəni mükəmməl öyrənib, sertifikatlar alıblar. Masallı Bioloji Təbabət Klinkiasında çalışan həkimlər də bu sahəni mükəmməl öyrənib, sertifikatlar alıblar. Cənub bölgəsində yaşayan insanlar da bu klinikaya artıq ümidgah kimi baxırlar. Ona görə də bura müraciət edənlərin və az bir vaxtda sağalanların sayı həddindən artıq çoxdur. Çünki burada təkcə xəstəlik yox, xəstə özü kimyəvi dərmansız inteqrativ təbabətlə bütövlükdə müalicə olunur.
    Beləliklə, yarandığı cəmi beş ildə Cənub bölgəsinin aparıcı tibb ocağına çevrilən Masallı Bioloji Təbabəb Klinikasının rəhbəri Qüdrət Elxan oğluYaqubovla həmsöhbət olduq. O, son illər görülən uğurlu işləri haqqında belə dedi:

    -Biz klinikanı xarici standartlara uyğun tikmişik. Bu klinika da sıfırdan, yeni tikilmiş bir xəstəxanadır. Ona görə də dünya standartlarında təbabətlə bağlı işlər necə gedirsə, bizim Masallı Bioloji Təbabət Klinikasında da işlər elə qurulub və elə də gedir. Burada tibbi cihazlar təzədir, müasirdir, ən son modellərdir. Təbii ki, bunları işlədən həkimlər və tibbi heyət daha önəmlidi. Ona görə biz yarandığımız 2018-ci ildən orta tibbi heyətimizi daim təlimlərlə inkişaf etdiririk. Və bu gün də bu formada işimiz davam edir. Onları tez-tez Bakıda yerləşən mərkəzi Bioloji Təbabət Klinikasına göndəririk, və ya Bakıdan mütəxəssislər bura gəlib, təlimlər keçirlər. İkinci isə həkimlərdir. Biz maksimum çalışırıq ki, həkim seçimində diqqətli olaq. Çünki müalicənin böyük bir hissəsinin məsuliyyətini məhz onlar daşıyır. Və buna görə də biz daha çox xaricdə təhsil almış və yaxud Azərbaycanda mükəmməl təhsil almış həkimlərə üstünlük veririk. Ona görə də çox yaxşı həkimlərimiz var. Biz də onların ən yaxşılarını seçirik ki, bizim klinikanın imicinə daim pozitiv formada təsir eləsinlər.



    -Həkimlərdən söhbət düşmüşkən, mən Masallıda olanda sizin klinikanın həkimləri ilə söhbət eləmişəm. Özüm, qohumlarım, tanışlarım Masallı Bioloji Təbabət Klinikasında müalicə almışıq. Hamısı razılıq eləyirlər ki, bu kilnikada çox savadlı, öz işlərinin peşəkarı həkimlər işləyir. Həmin həkimlərdən daha çox kimin işi sizi qane eləyir? Kimlərin işini respublika səviyyəsində və məmləkətimizdən kənarda təbliğ eləmək olar?
    -Bizim cərrahi komandamız Cənub bölgəsində deyərdim ki, ən öndə gedən bir komandadır. Cərrahiyyə və reanimasiya. Bilirsiniz ki, cərrahiyyə tibb aləmində çox riskli bir sahədir. Ona görə də orada etdiyimiz seçimlərdə daha diqqətliyik. Məhz buna görə də cərrahiyyə komandamız çox güclüdür. Bu gün bizim ən ağır travmaları əməliyyat edən həkimlərimiz var. Neyrocərrahımız Qəhrəman Aydın xaricdə təhsil alıb. Cərrahiyyə ilə bağlı hər bir şey, ən son model olan mikroskopa qədər klinikamızda var. Ümumiyyətlə, respublikamızda beyinlə bağlı az əməliyyatlar olunur. Amma Masallı Bioloji Təbabət Klinikasında bütün beyin cərrahiyyə əməliyyatları icra olunur. Eyni zamanda onurğa, sinir cərrahiyyəsini də geniş formada əməliyyat edirik. Bizim Türkiyədən gələn çox yaxşı mütəxəssis- travmatoloqumuz var, İsan Şəntürk. O, Türkiyədə dosentdi. İndi gəlib bizim klikiada çalışır. Uroloqumuz Elvin İsmayılov da Türkiyədə təhsil alıb, uzmandı. Ümumi cərrahımız Qeyrət Xəlilov cərrahiyyə şöbəsinin müdiridir. Qeyrət həkim uzun illərdirki, Cənub bölgəsinin ən tanınmış cərrahıdır. Başqa cərrahımız, əslən Masallıdan olan Camal Əbülfəzlidir. O da Türkiyədə təhsil alıb və bizim klinkida çalışır. Üz-çənə cərrahımız var Abasət Fərəcov. O da demək olar ki, bütün əməliyyatları edir. Gördüyünüz kimi, cərrahiyyə komandamız yüksək peşəkar həkimlərdən ibarətdir. Biz düşünürük ki, Masallı coğrafi məkan kimi Cənub bölgəsinin mərkəzində yerləşdiyinə görə həmin bölgədən olan insanlar Bakıya getməyəcəklər və bütün tibbi xidmətləri elə məhz Masallıda, Bioloji Təbabət Klinikasında alacaqlar.



    - Cənub bölgəsi subtropik zonadır. Buna görə də orada yaşayan insanlarda oynaq ağrılarına daha tez-tez rast gəlinir. Ulu Tanrı bunun müqabilində bölgəyə böyük sərvət - "İsti su" kimi mineral su mənbələri də bəxş edib. Bu sular oynaq, prostat, qadın və kişi xəstəliklərini müalicə edir, ağrıları azaldır, həm də sağaldır. Bəs siz bu xəstyəliklərin müalicəsi ilə bağlı nə kimi işlər görürsünüz?
    - Bizim əsas istiqamətimiz – inteqrativ təbabət üsulları ilə müalicədir. Bu müalicə üsulunu Azərbaycana maraqlı insan, vətənpərvər ziyalı ElxanYaqubov Almaniyadan gətirib və Azərbaycan səhiyyəsində böyük inqilab yaradıb. Biz də bu üsulu Azərbaycanda inkişaf etdiririk. Xəstələrə birtərəfli yanaşma, tək dərmanla müalicənin uğursuzluğu danılmazdır. İnteqrativ təbabətdə xəstəyə kompleks yanaşılır, onun preparatla müalicəsi ilə yanaşı, mütləq yuxu rejimi, qidalanması, həyat tərzi ciddi araşdırılıb korreksiya edilir. Müalicələrdə komanda işi formalaşdırılıb, yəni ehtiyac olduqda, digər sahələr üzrə həkim-mütəxəssislər konsiliuma cəlb olunur. Bu müalicə - xəstəyə heç bir ziyan vermədən, kimyəvi dərmanlardan istifadə etmədən, xəstəliyin səbəbini araşdırmaqla aparılan müalicə deməkdir. Bioloji Təbabət Klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə zərər verməyən bu təbabətə inamı və rəğbəti getdikcə artırır.

    Bu müalicə ilə uğurlu nəticə aldığımız xəstəliklərdən biri də revmatoid poliartritdir. Astmalı xəstələri müalicə etmək üçün klinikada duz dağı da yaratmışıq. Oynaq ağrılarını müalicə etmək üçün Naftalan nefti də gətirmişik. Həm də özümüzün mineral, kükürdlə zəngin İsti suyumuz da var. Bizim Masallıdakı İsti su və Mir KazımAslanlı –Sarəng adına “Yanar Dağ” müalicəvi istirahət mərkəzlərilə əlaqələrimiz də var. Oynaq ağrıları olan xəstələrimizi ehtiyac olduqda, orada da müalicə edirik.

    - Bioloji Təbabət Klinikası ilə bağlı gələcək planlarınız nədir, arzularınız hansılardır?
    -Biz, bölgənin ən böyük tibb mərkəzi olmaq istəyirik. Bununla bağlı çox işlər görürük. İnanıram ki, tez bir zamanda bütün xəstəliklərlə bağlı Cənub bölgəsinin insanları Bakıya, Sumqayıta, xarici ölklərə getməyəcək, bizim klinikada müalicə olunacaqlar. İndi bölgədə ilk özəl ürək cərrahiyyə şöbəsi yaratmaq istəyirik. Bununla bağlı böyük iş gedir. Bu arzumuz da tezliklə reallaşacaq. Təki sağlıq olsun. Bizim ən böyük arzumuz insanlarımızı yalnız sağlam görməkdi. Sağlam bədəndə isə həmişə sağlam ruh olar.

    Məşhur yazıçı, filosof Artur Şopenhauerin sağlamlıqla bağlı belə bir kəlamları var: “Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq”. “Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç”. Çox istərdim ki, xalqımız bu kəlamlara əməl eləsin və öz sağlamlığının qeydinə qalsın.



    Ağalar İDRİSOĞLU,
    Əməkdar incəsənət xadimi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ