Bölgələrdə yeni DOST mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bölgələrdə yeni DOST mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır

    Bölgələrdə yeni DOST mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır


    Hazırda ölkəmizin bölgələrində yeni DOST mərkəzləri və filiallarının, reabilitasiya və peşə hazırlığı müəssisələrinin yaradılması işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin yaradılması sahəsində işlərin davam etdirildiyini vurğulayıb.

    O, dövlətimizin başçısının iştirakı ilə avqustun 7-də Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılmasının bu istiqamətdə mühüm addım olduğunu qeyd edib. Daha 9 inzibati rayon üzrə 900 mindən çox əhalinin, o cümlədən Böyük Qayıdış proqramı çərçivəsində öz doğma torpaqlarına qayıdan insanlarımızın bu mərkəzdə DOST xidmətləri ilə əhatə olunacağını bildirib.

    Habelə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin həmin bölgədə məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarına yiyələnmələrində xüsusi rol oynayacağı diqqətə çatdırılıb. Bölgədə DOST filiallarının qurulacağı, o cümlədən Şuşa DOST filialının açılacağı bildirilib.

    Qeyd olunub ki, Şamaxı şəhərində 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmiri və yenidənqurma işləri artıq yekunlaşıb. Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şəki və digər bir sıra şəhər və rayonlarda da DOST infrastrukturunun qurulması, Masallı və Sabirabadda Peşə Hazırlığı mərkəzlərinin, Ağcabədi və Qubada Uşaq Reabilitasiya mərkəzlərinin və digərlərinin yaradılması işləri aparılır.

    İclasda yaradılmasından 5 il ötən DOST Agentliyinin fəaliyyətinin nəticələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində aparılan işlər barədə məlumat verilib. Mərkəzdə hazırda həssas qruplara aid 200-ə yaxın benefisiarın yaradıcı potensialına dəstək göstərildiyi, sosial, pedaqoji və psixoloji dəstək xidmətləri ilə təmin edildikləri qeyd olunub. Sosial sahədə elektronlaşdırma proqramının icrası və e-xidmətlərin göstərilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən görülən işlərə dair təqdimatlar edilib. Görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

    “Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”, “Himayədar valideynlərə verilən vəsiqənin nümunəsi” və “Himayədar valideyn olmaq istəyən şəxslərin ərizə forması”nın layihələri də müzakirə olunaraq təsdiq edilib.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ