Ərkivan Xeyriyyə Cəmiyyətinin təşəbbüsü və Ərkivan qəsəbə inzibati ərazi dairəsinin birgə təşkilatçılığı ilə Ərkivan qəsəbəsində 100 metr uzunluğunda olan suötürücü kanal lil və kol-kosdan təmizlənib. Qəsəbənin Ramazanlı məhəlləsinin yeni yaşayış massivinin yaxınlığından keçən kanal qış aylarına hazırlıq məqsədilə təmizlənib.Təmizləmə prosesi Viləşçay Su Anbarı İstismarı İdarəsinin texnikasının köməkliyi ilə həyata keçirilib.