Yenə payız gəldi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Yenə payız gəldi


    ... Yenə payız gəldi

    Payız... İlin özünəməxsus xüsusiyyəti, gözəlliyi ilə seçilən fəsli. Yayın qaynarlığı, nəfəstəngidən istisindən sonra insanlara sərinlik, rahatlıq, romantika bəxş edən məqamı. Yollar kənarında park və bağlardakı ağacların yamyaşıl yarpaqları yerə tökülüb xəzələ dönür. Donunu dəyişir təbiət. Ormandakı dəmirağacların sarımtıl, qırmızımtıl xurmayı yarpaqları yerə füsunkar bir görüntü bəxş edir.Rənbərəng görüntülər ruha bir xoş ovqat gətirir.

    İlk yağışlardan sonra çaylar yeni coşqu ilə özünü göstərir. Coşqun sular dərələrdən axıb çaylarda birləşir.

    Əsrarəngiz çalarları olan payız həm də xeyir-bərəkət fəslidir. Növbəti ilin barı-bəhrəsi üçün bünövrə yaradılır. Urranan tərəvəz sahələri şumlanıb hazırlanır. Elin sərvəti, vətənin qüdrəti olan taxıl əkilir.Çay sahələrində şum aparılır. Sitrus bağlarında qışa hazırlıq görülür. Yeni meyvə bağları salınır. Meşələr genişləndirilir. Bir sözlə, payız təbiət və insanlar üçün ən önəmli fəsildir.

    Payızın axar-baxarlığı çox vaxt kənd və şəhərlərdə fəsadlar da törədir. Yağan yağışların sel-suları küçə və evlərə dolaraq fəlakətlər törədir. Gediş-gəlişi çətinləşdirir, bəzən də həyatı iflic hala salır. Belədə hamı əlaqədar təşkilatlardan gileylənir. Bu fəlakətin baş verməməsi üçün vaxtında hazırlığın görülməməsini iddia edirlər. Bu fikirdə həqiqət var. Bütün yayı fil qulağında yatan bəzi idarə və təşkilat rəhbərləri çöl-bayırı sel suları basanda yuxudan ayılırlar və ayılıb görürlər ki, sakinlər bu sel sularından böyük ziyan çəkiblər. Onda başlayırlar bəhanə axtarmağa: Bu il əvvəlki illərdən daha çox yağıntı olmuşdur ki, arxlar, kanallar, çaylar da bu qədər seli ötürməyə qadir olmadı. Doğrudur, təbii fəlakətlər ziyansız ötüşmür. Dünyanın hər yerində qarşısıalınmaz təbiət hadisələri baş verir.  Elə hadisələr ki, hətta evlər uçur,   insan tələfatı baş verir. Belə hadisələrdən heç kim, heç bir ölkə sığortalana bilməz.

    Ancaq hazırda bəzi yerlərdə olan görüntülərə əsasən sual verə bilərik ki, bir çox kəndlərdəki çaylar, xəndək və kanalların dolmasından yaranan sel-suların yaratdığı çətinliklərin günahı kimdədir?

    Ədalət naminə deyək ki, son illərdə çaylarımızın yataqlarının təmizlənməsinə  çox böyük qayğı və diqqət var. Dövlət vəsaiti ilə Boradigah, Bədəlan, Təklə və digər kəndlərdəki çaylar bir neçə dəfə məişət tullantılarından əsasən təmizlənib. Ancaq növbəti ildə həmin çaylarda yenə də xoşagəlməz ürəkbulandıran natəmizlik davam edir. Belə vəziyyət ekologiyadan da təsirsiz ötüşmür. Sel suları çaylardakı cürbəcür ziyanlı tullantıları örüş sahələrinə aparır ki, bu da gələcəkdə mal-qara  xəstəliklərinə rəvac verir, torpağın üst qatı zəhərlərnir, belə vəziyyətdə bitki  örtüyünə də xeyli ziyan dəyir.

    Çaylarımızdakı sular dağlardakı gur çeşmələrdən axıb gəlir. Göyərçin qanadı kimi saf suları bulandırmaq, çay yataqlarına ölmüş heyvanların və ev quşlarının, mal-qara  içalatının, evlərdəki məişət tullantılarının atılması ekoloji cinayətdir ki, bundan təkcə insanlar deyil, təbiət özü də ziyan çəkir. Çaylara atılan tullantı ilə dolu kisələr bir yerə yığışaraq sel-sularının qarşısına sədd çəkir, nəticədə çaylar daşıb sahilətrafı evlərə ciddi ziyan vurur. Bəs görəsən bu tullantıları çaylara kim atır? Əlbəttə, özümüz, həmin kəndlərin sakinləri, sonra da günahı başqa yerdə axtarırlar.

    Şəhər, qəsəbə və kəndlərimizdə payız yağışlarına, sel-sularına qarşı tədbirlər vaxtında həyata keçirilməlidir. Ötən illərdə Boradigah ərazisinin Mollaoba kəndindəki hadisə yaddan çıxarılmamalıdır. Mən həmin hadisənin şahidi idim. Kənddəki xəndək və kanallar məişət tullantıları ilə dolu idi. Yollardakı suaparıcı boruların ağzını torpaq və tullantılar tıxaclamışdı. Sakinlər isə buraya köməyə gələnləri qınayır və onları ağır sözlərlə atmacalayırdılar.

    Bu gün kəndlərdə reyd keçirilsə yenə də küçələrdəki xəndəkləri bu vəziyyətdə görərik.

    Masallı şəhərində də bu sahədə bəzi tədbirlər görülməlidir. Az da olsa yağış yağan kimi küçələrdə nəqliyyatın hərəkəti çətinləşir, sel-suları   həyətlərə dolur.

    Bir faktı nəzərə çatdırmaq istəyirik. Köhnə polis binası deyilən yerdən Kapital bank, Telekom, “Rahat” marketin qarşısından keçən primitiv arxın suyu “Rabitə bank”ın günçıxanında cəmləşərək buradakı yeraltı boru ilə Viləş çayına axır. Ancaq bir neçə ildir ki, suaparıcı dəmir boru əzilib, içərisi daş - torpaqla dolub. Odur ki, yuxarıdan gələn sular borudan keçə bilməyib burada böyük bir gölə dönərək ətrafı basır. Nəticədə adamların da nəqliyyatın da hərəkəti iflic vəziyyətə düşür. Şəhərin digər küçələrində də belə hallara təsadüf olunur. Bu barədə bir sıra təşkilatın rəhbərlərinə telefon zəngləri də olub. Ancaq çox da maddi vəsait tələb etməyən bu yerləri axtarıb-arayan olmayıb.

    Payızda yağışlar yağar. Bu yağış həm də torpağa can verən bərəkətdir. Qoy yağsın. Bizə isə yağış sel-sularının axıb getməsi üçün əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək qalır. Sonra günahkar axtarmayaq.



    Həsənağa ƏLİ MURTUZA.

     
    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ