Главная > Maraqlı > POEZİYA BUKETİ

POEZİYA BUKETİ


14-09-2023, 15:22. Разместил: admin44
     
                                                                                                                                                                      Ay Aysel həkim


Özünü həkim sənətinə, insanların sağlamlığına həsr edənlər qiymətli insanlardır.
Ulu Öndər Heydər Əliyev.

Şeiri Masallı Şəhər Mərkəzi Xəstəxanasında həkim-endokrinoloq vəzifəsində çalışan, dünyanı ağuşuna alan şəkər diabetli xəstələrin keşiyində müsəlləh əsgərtək dayanan, xoş nəvazişi, təbəssümü ilə xəstələrə dayaq olan Aysel Rəfiyevaya ithaf edirəm.

Nə qədər loğmanlar dünyaya gəlib,
Nə qədər həkimlər özünü öyüb,
Hərə öz sözünü, fikrini deyib,
Bütün həkimlərin həkimi, Aysel.

Xəstənin yerində sanki özünsən,
Dərmanın, neştərin sanki özünsən,
Acı dərmanın tək elə şirinsən,
Yaşa neçə əsr, ay Aysel həkim.

Səni görən təki sağalır xəstə,
Elə yanaşırsan elə ahəstə,
İynəni vurursan elə xəlvətcə,
Adına dastanalar yazacam, Aysel.

Yaşarsan qəlblərdə elə Antey tək,
Xudaya dua et elə Sara tək,
Böyük övladları elə həkim tək,
Varlısan dağlar tək, ay Aysel həkim,
Yaşa zaman-zaman, ay Aysel həkim



Tərlan İSRAFİLZADƏ,
şair-publisist,
AYB-nin üzvü, Masallı şəhəri.



"Yeni həyat" qəzeti,
www.yerniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад