Azərbaycanın keçirdiyi antiterror tədbirləri məntiqi sonluqla nəticələndi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın keçirdiyi antiterror tədbirləri məntiqi sonluqla nəticələndi

    Azərbaycanın keçirdiyi antiterror tədbirləri məntiqi sonluqla nəticələndi



    Nəhayət ki, Qarabağın erməni əhalisi sağlam düşüncənin çağırışlarını eşitmək iqtidarında olduqlarını göstərə bildilər. Erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətləri nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə qərar qəbul edildi. Təbii ki, by qərar Azərbaycanın irəli sürdüyü bütün tələblərə qeyd-şərtsiz əməl olunması şərtilə qəbul edilib. İlk növbədə Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxaraq, tam şəkildə tərksilah olunmalıdırlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri isə buraxılmalıdır. Eyni zamanda bütün silah-sursat və ağır texnika təhvil verilməlidir.
           
    Qeyd olunmalıdır ki, Azərbaycanın keçirdiyi antiterror tədbirləri vaxtında atılmış zəruri addım idi və əldə olunmuş nəticələr də təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda sülh və əmin-amanlığın əldə olunmasına xidmət edəcək. Məsələ bundadır ki, son vaxtlar Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru müəyyən addımlar atılsa da, həm bu ölkənin daxilindəki revanşist əhaval-ruhiyyəli qüvvələrin, həm də anti-azərbaycan siyasəti ilə seçilən bəzi xarici ölkələrin təsiri altında olan rəsmi İrəvan hələ də bölgədə vəziyyəti gərginləşdirən siyasətindən əl çəkə bilmirdi. Xüsusilə son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər təxribat xarakterli hərəkətlər gərginliyin artmasına səbəb olurdu.
           
    Sentyabrın 19-da ermənilərin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması bir daha aşkar şəkildə göstərdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Məhz bu təhlükənin mənbəyini aradan qaldırmaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başladı.
           
    Xüsusi olaraq belə bir məqama diqqət yetirmək lazımdır ki, təxminən bir sutka davam edən antiterror əməliyyatının gedişində Azərbaycan Ordusu heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xəttdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Antiterror əməliyyatları qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gözləntiləri doğrultdu, düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi.
           
    Etiraf olunmalıdır ki, Azərbaycanın şərtlərini qəbul edərək təslim olmaq qarşı tərəf üçün ən əlverişli seçim idi və ermənilər bu dəfə öz şanslarını qaçırmadılar. Azərbaycanın bu hərbi əməliyyatların gedişində də özünün beynəlxalq hüquqa və humanizm prinsiplərinə daim sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Qarabağın mülki erməni vətəndaşlarının da təhlükəsizliklərinin təmin olunması məqsədilə Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda da səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmişdi. Hal-hazırda da ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan tərəfindən təmin olunur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunurlar.
           
    Beləliklə, Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixi ərazisi olan Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa edir.



    Ruisf Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ