Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir

    Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir

     
    Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Qadınlar Qurultayının 25 illiyinə həsr olunmuş “Azərbaycan Qadınlarının VI Qurultayı” mövzusunda tədbir keçirilib.

    Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir öncəsi Ümummilli Liderimizin, görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın və torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova geniş nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə böyük diqqət ayırıb: “Müxtəlif illərdə ölkəmizdə təşkil olunan Qadın Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Ümummilli Liderimizin təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayını ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri kimi xarakterizə etmək olar. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub. Bu gün artıq qadınlarımız ölkəmizin hər yerində olduğu kimi Masallının da ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilib...”

    “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, Masallı RİHB-nın aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova, Masallı Qadın Resurs Mərkəzinin koordinatoru, Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Viləş” körpələr evi-uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, RİHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı şəhər 2 saylı tam orta  məktəbin direktoru Mehriban Əzizova, şəhər 3 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Nigar Vahabzadə və başqaları çıxışlarında qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə dövlətçiliyimizin prioritet istiqamətlərindən biri kimi böyük diqqətdə saxlanılır: “Gender siyasətinin tələblərinə uyğun olaraq ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, əmək bazarında bərabər imkanlar yaradılır. Mehriban xanım Əliyevanın rəhbərliyilə fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı planların, xüsusən qadınlarla bağlı layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir...”

    Tədbirdə həmçinin qadınların rastlaşdıqları dövrün aktual problemləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, mövzu ətrafında suallar cavablandırılıb.

    Təbir iştirakçıları bu gün respublikada qadın siyasəti ilə bağlı həyata keçirilən işlərə görə Masallı qadınları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıq billdiriblər.
     








    Akif AĞAYEV



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    2. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    3. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    4. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    5. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    6. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    7. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    8. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    9. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    10. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    11. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    12. 11:41 Mənalı ömrün işığında
    13. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    15. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    16. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    17. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    18. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    19. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    20. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    21. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    22. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    23. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    24. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    25. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    26. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    27. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    28. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    29. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    30. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    31. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    32. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    33. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    34. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    35. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    36. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    37. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    38. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    39. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    40. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ