Azərbaycan Respublikasının Dövlət Bayrağı – dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin rəmzidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikasının Dövlət Bayrağı – dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin rəmzidir

    Azərbaycan Respublikasının Dövlət Bayrağı – dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin rəmzidir


    Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli  mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

    Xalqımız ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”,

    “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali Məclisin qərarında deyilirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...", - deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

         

    Cabbarova Leyla,
    Masallı Gənclər Evi Masallı rayonu, Qasımlı kəndi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    2. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 10:25 Bələdiyyə sədri
    4. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    5. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    6. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    7. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    8. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    9. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    10. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    11. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    12. 14:35 Yeni şeirlər
    13. 10:59 Perspektivli idmançıların aşkarlanması
    14. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    15. 15:56 100 illik ömrün işığı
    16. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    17. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    18. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    20. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    21. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    22. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    25. 14:19 QANLI YANVAR
    26. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    28. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    29. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    31. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    32. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    33. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    34. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    36. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    37. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    38. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    40. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ