Konstitusiyamızda bütün sahələr üzrə qanunlar insan amili əsas tutulmaqla hazırlanmışdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Konstitusiyamızda bütün sahələr üzrə qanunlar insan amili əsas tutulmaqla hazırlanmışdır

    Konstitusiyamızda bütün sahələr üzrə qanunlar insan amili əsas tutulmaqla hazırlanmışdır


     Konstitusiya dövlətin ali qanunudur.Ali hüquqi qüvvəyə malikdir.Dövlətin siyasi, iqtisadi və hüquqi əsaslarını təsbit edir.Vətəndaşların hüquq və azadlıqlarını elan edir, zəmanət verir.
           
     Konstitusiya hər bir dövlətin qanunlar məcmusudur və bu qanunlara əməl etmək hamı üçün vacib məsələdir.Ölkə başçıları andiçmə mərasimində konstitusiya kitabına əl basıb and içməsi bu kitabın nə qədər ali olduğunun bariz nümunəsidir.
         
      Konstitusiya xalq tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyası da ümumxalq səsverməsi-referendum vasitəsilə təsbit olunmuşdur. Müstəqil Azərbaycan Dövlətinin ilk Konstitusiyası 1995-ci ildə  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdır.Bunun üçün o, xüsusi komissiya yaratmış,layihə ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş,noyabrın 27-də qüvvəyə minmişdir.Bu Konstitusiya Müstəqil Azərbaycanın birinci, ümumilikdə Respublikanın dördüncü konstitusiyasıdır.
           
    Azərbaycanın ilk konstitusiyası 1921-ci ildə qəbul olunmuşdur.İkinci 1925-ci il, üçüncü konstitusiya isə 1978-ci ildə qəbul edilmişdir.Lakin bu qanunlar sovet konstitusiyasına uyğunlaşdırılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra  yeni konstitusiya zərurəti yaranmışdır.
           
    Müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Növbəti illərdə isə bu maddələrdə xalq səsverməsi əsasında müəyyən dəyişikliklər edilmişdir.
           
    30 ilə yaxındır ki, 12 Noyabr iş günü olan bayram günlərindən biri kimi qeyd olunur.
    Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərində ümdə vəzifələr qoydu. Əsas Qanunda dövlətin müstəqilliyini, süverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi,dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşdırılmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdur.Maddələrin əksəriyyəti insanın hüquq və vəzifələrinə həsr olunmuşdur.Qanunda dilindən, irqindən, millətindən asılı olmayaraq bütün Azərbaycanda yaşayan vətəndaşların hüquqları müəyyən olunmuşdur.
           
    Ötən illər ərzində ölkəmizin sürətli inkişafı və yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına da bir neçə əlavələr edilmişdir.2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə yeni qanun və təkliflər hazırlanmışdır. Bura dövlət hakimiyyəti, bələdiyyələr, məhkəmələr və digər sahələri aid etmək olar.
           
     Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmişdır.
           
    Konstitusiyamızda, demək olar ki, bütün sahələr üzrə qanunlar insan amili əsas tutulmaqla hazırlanmışdır.Bu qanunlar Azərbaycan dövlətinin ,Azərbaycan millətinin rifahına, inkişafına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyada tolerantlığı, dünyəviliyi, milliliyi vəhdətdə götürmüşdür.
           
    Sevindirici haldır ki,Ali Baş Kimandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz qələbə qazandı.Cəmi 44 günə ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Ata-baba yurdundan didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin də konstitusion hüququ bərpa edilmişdir.
           
    Xalqımızın düşmən üzərində  Möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 Noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftaxar hissi ilə qeyd edilir.



     Abbasova Sima,
    Masallı rayonu Mahmudavar kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ