Ramilli torpağım Vətəndir indi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ramilli torpağım Vətəndir indi

    Ramilli torpağım Vətəndir indi


    Qanunsuz erməni silahlı birləşmələrinin, separatçı qruplarının ölkəmizə qarşı dəfələrlə törətdiyi təxribatlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə xalqımızın, igidlərimizin sıx birləşdiyi Müzəffər Ordumuzun qələbəsi ilə başa çatıb. Necə ki, 30 illik işğala 44 gündə son qoyduq. Sonuncu lokal antiterror əməliyyatlarında da öz çirkin məqsədindən əl çəkməyən düşmənin arzusu ürəyində qaldı. 24 saatlıq döyüşlərdə separatçıların ağ bayraq qaldıraraq təslim olması Azərbaycanın növbəti tarixi qələbəsi, ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

    Son damla qanınacan vuruşan, qorxubilməz, məğlubedilməz Ramil kimi mərd oğullarımız qələbə tariximizi daha da şərəfləndirdilər. Məhz onların sayəsində Xankəndidə düzənlənən hərbi parad zəfərimizin təntənəsinə çevrildi.
     

    Qısa tanıtım: Məmmədov Ramil Habil oğlu 18 oktyabr 2004-cü ildə Masallı rayonu, Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində anadan olub. 2014-cü ildə Allahyarlı kənd ibtidai məktəbini, 2019-cu ildə isə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin doqquzuncu sinfini bitirib.

    2023-cü il yanvarın 24-də ordu sıralarına yollanıb. Yüksək fiziki hazırlığı ilə fərqlənən Ramil Hərbi Dəniz Qüvvələrinin (HDQ) 1-ci dəniz piyadaları taburunda xidmət edib.

    Matros Ramil Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il 19 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən qısamüddətli lokal antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalıb.

    Sentyabrın 22-də, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanımızın nəşi doğulduğu ünvanda torpağa tapşırılıb.

    Respublika Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid matros Məmmədov Ramil Habil oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

     

    Hər dəfə şəhid valideynlərinin görüşünə gedəndə qəribə hisslər keçirirəm. Onların dözümü qarşısında heyran qalıram. Qəhrəman övladları kimi çətin sınaqlara mətinliklə sinə gərməyi bacarırlar. Kədəri, hüznü gizlətməyə, biruzə verməməyə çalışırlar. Hıçqırıqlı, titrəyişli səslərindən süzülən ağrı-acıları isə duymamaq qeyri-mümkündür.

    Şəhid Ramil Məmmədovun ailə üzvləri ilə söhbət zamanı öyrənirəm ki, vaxtilə atası Habil də idmanla məşğul olub, hərbi xidmətini xüsusi təyinatlılarda keçib. Atasının idmana marağı Ramilə də sirayət edib. 16 yaşından hərbi qulluqçuların təlim videolarını izləyirmiş. Fərdi şəkildə məşqlərini o səpgidə davam etdirir, sanki özünü azğınlarla döyüşə, Vətənin müdafiəsinə hazırlayırmış.      

    Ramilin babası, 43 ilin pedaqoqu, hazırda təqaüddə olan müəllim Güloğlan Məmmədov: “Sakit, işgüzar, sözəbaxan idi, ailəyə köməyini əsirgəməzdi. Hamı onun xətrini istəyirdi. Xüsusi təyinatlılarda xidmət etmək arzusundaydı. Əsgərliyə gedəndən sonra qulluq etdiyi sahəyə marağı daha da artmışdı.”

    Ramili yüksək keyfiyyətlərə malik vətənpərvər gənc kimi xarakterizə edən xidmət yoldaşları, komandirləri onun təlim və məşğələlərdə, idman və atışlarda, döyüş məşvərət toplanışlarında heç kimdən geri qalmadığını bildirirlər. Şəhidin anım mərasimində iştirak edən bölük komandiri, baş leytenant Tural Həsənli Ramillə bağlı xatirələrini bölüşür: “Harda idiksə, Ramil də bizimlə idi – çətin relyefli ərazilər, dağ-dərə... Nizam-intizamlı idi. Ona həvalə olunan tapşırığı sakitcə, dəqiq icra edərdi. Çünki o, bilirdi ki, döyüş qaçılmazdır və təlimlərdə nə qədər çox əziyyət çəksək, bir o qədər üstünlüyə sahib olarıq. Və belə də oldu, düşməni torpaqlarımızdan qovduq. Ramil heç vaxt qorxu nümayiş etdirməyib. Canavar kimi döyüşkən idi. Həmişə öndə getməyə can atırdı. Ağdam rayonunun Xanabad kəndi istiqamətindəki hakim yüksəklikləri ələ keçirməli idik və buna nail olduq. Lakin 19 sentyabr, axşamüstü, döyüş tapşırığını yerinə yetirərkən, yanına düşən mərmi qəlpəsindən Ramil şəhidlik zirvəsinə ucaldı. Həmin döyüşdə matros Davud Qiyasovu da itirdik...”                

     

    Ata oğul, oğul deyər,

    Ana dizlərinə döyər –

    Şəkildən boylanıb baxan

    Ramilini əzizləyər.

     

    Od düşdüyü yeri yaxar, deyirlər. İndi min bir əziyyətlə böyütdüyü övladının qoxusunu, ətrini onun çarpayısı üzərinə düzülmüş paltarlarından, dolabının üstündəki şəxsi əşyalarından alır Aygül ana. Onu danışdırmaq mənimçün çox çətindir. Məqam gözləyirəm ki, oğlu haqqında xatirələrini özü dilə gətirsin: “Uşaqkən azan səsini eşidən kimi qaçıb pəncərənin önündə dayanar və sözləri təkrar edərdi. Yeniyetməlik çağından namaz qılırdı.

    Evə, ailəyə can yandıran uşaq idi. Hərbi xidmət onunçün çətin deyildi. Vaxt tapan kimi bizimlə əlaqə saxlayardı. Heç bir narahatçılığı yox idi. Axırıncı dəfə yazmışdı ki, ana, bizə, əsgərlərimizə dua et!  

    İyun ayında məzuniyyətə gələndə qurban kəsdik. Deyirdi ki, hamıyla qardaş kimiyəm, bəlkə qalıb xidmətimi davam etdirdim. Biz də zənn edirdik ki, işləyəcək, köməyimizə çatacaq. Amma heç təsəvvürümə gətirməzdim ki, belə olacaq. Onunla nəfəs alır, onunla fəxr edirdim. Bu gün də fəxr edirəm ki, Vətənə sipər cəsur, mərd oğul böyütmüşəm...”

    Danışdıqca göz yaşları yanaqlarından süzülən ananın ürək dağlayan sözlərinə adam necə kövrəlməsin. Dərdlərinə şərik olmağa çalışsan belə, təsəlli verməkdə aciz qalırsan. Nakam övlad itkisindən üzülən bu insanları danışdırmaqla sanki onlara yenidən dərd yaşatdığına görə özünü günahkar sanırsan. Demək istəyirsən ki, bizi bağışlayın və haqqınızı halal edin – ana torpaqdan halallıq haqqını alan, bizə Vətənə sahiblənməyin fəxarətini yaşadan Ramiliniz kimi...

    Habil ata, Aygül ana! Başınızı dik tutun, qürur duyun ki, son nəfəsilə bizə yeni həyat bəxş edən Ramil indi təkcə sizin deyil – istəyinə qovuşdurduğu bütöv Azərbaycanın oğludur. Fəxr edin ki, 9 yaşlı Məhəmməd qardaşı Ramilin qəhrəmanlığı ilə böyüyəcək...

     








    Akif AĞAYEV

     
    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ