Главная > Maraqlı / Manşet > Masallıda Prezident seçkilərilə bağlı maarifləndirici görüş

Masallıda Prezident seçkilərilə bağlı maarifləndirici görüş


2-02-2024, 20:54. Разместил: admin44
 
Masallıda, növbədənkənar Prezident seçkilərilə bağlı maarifləndirici tədbir keçirilib.

Masallıda, növbədənkənar Prezident seçkilərilə bağlı maarifləndirici tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərgiz Muxtarovanın təşəbbüsü ilə təşkil olunan dəyirmi masada sahibkar xanımlar, mədəniyyət işçiləri, tələbə və gənclər iştirak ediblər.   
Ölkəmizdə fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran 73 saylı Masallı-Cəlilabad seçki dairəsi üzrə dairə seçki komissiyasının üzvü Sərxoş Nuriyev, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri Nazilə Hüseynova, Könül Şahmarova və başqaları gəncləri seçki prosesi haqqında ətraflı məlumatlandırıb, seçkilərin əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliklərini bildirərək qarşıdan gələn Prezident seçkilərində gəncləri fəal iştiraka dəvət ediblər. 

Bildirilib ki, maarifləndirici görüşün keçirilməsində məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin məlumatlılıq səviyyəsinin, eləcə də seçici fəallığının artırılmasıdır.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Akif AĞAYEV











"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад