Главная > Siyasət > Masallının Dico və Ulum yaşayış məskənlərində...

Masallının Dico və Ulum yaşayış məskənlərində...


25-07-2023, 17:54. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Miyənkü kənd inzibati ərazi vahidinə daxil olan Dico və Ulum yaşayış massivlərində olmuşdur.

Rayon rəhbərinin həmin məskənlərə fəaliyyəti dövründə üçüncü səfəridir. Həmin səfər Araz Əhmədovun tapşırığına əsasən dağ relyefli ərazisində quraşdırılan əvvəllər adi cığır, sonradan avtomobillərin gediş-gəlişinə şəratin yaradılması ilə əlamətdar olmuşdur.

Belə ki, Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən istifadəyə verilən yol meşəliklərin içərisindən keçir və uzunluğu 11 kilometrdir.

Rayon rəhbəri əvvəllər qayğıdan və lazımi şəraitdən uzaq olan Dico və Ulum məskənlərinə gedən yolda görülmüş işlərlə yerində tanış olmuş, tapşırıq və tövsiyyələrini vermişdir.

Sonda rayon rəhbəri yaşayış massivlərinin hər birində ailələrlə çay süfrəsi arxasında səmimi həmsöhbət olmuş, məişət və sosial problemlərin çətinlikləri ilə bir daha maraqlanmışdır.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində dağ adamları ilə səmimi keçən görüşdə onlara göstərilən diqqət və qayğıya görə sakinlər Ali Baş Komandan cənab İlham Əliyevə, onun uğurlu siyasətini rayonumuzda davam etdirən rayon rəhbəri Araz Əhmədova minnətdarlıqlarlıqlarını bildirmişlər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад