Главная > Siyasət > Azərbaycan Prezidenti Masallıda 27 yaşayış məntəqəsini birləşdirən yolların tikintisi ilə bağlı Sərəncam verib
Azərbaycan Prezidenti Masallıda 27 yaşayış məntəqəsini birləşdirən yolların tikintisi ilə bağlı Sərəncam verib18-08-2023, 20:17. Разместил: admin44 |
Avqustun 18-də Prezident İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon manat ayrılıb. Sərəncamdan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |