Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

    Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb


    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak edib.

    QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevla görüşüb.

    M.Aşımbayev qonağı səmimiyyətlə salamlayıb və xalqlarımızı birləşdirən qardaşlıq əlaqələrini xüsusi qeyd edib: “Ölkələrimizi və xalqlarımızı çoxəsrlik möhkəm dostluq telləri, ortaq tarix, adət-ənənələr və mədəniyyət birləşdirir. Qazaxıstanda biz sizin ölkənizin bütün nailiyyətlərinə ürəkdən sevinirik. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində dövlətlərarası əlaqələr bir çox sahələrdə möhkəmlənib. Təbii ki, buna iki ölkənin prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev arasında daimi təmaslar kömək edir. Mən həmçinin dinlərarası dialoqun təşviqi üçün birgə işi davam etdirməyi vacib hesab edirəm”.

    Maulen Aşımbayev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə xalqımıza və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb: “Bu, ədalətin bərqərar olunması yolunda Azərbaycan rəhbərliyinin və xalqının sarsılmaz iradəsi sayəsində baş verdi. Qazaxıstan qardaş Azərbaycanı onun ədalətli mübarizəsində həmişə dəstəkləyib və dəstəkləyəcək. Biz bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasında qardaş Azərbaycana hərtərəfli dəstək verməyə hazırıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın qələbəsi bütün türk xalqlarının qələbəsidir”.

    Senatın sədri Dünya və ənənəvi dinlər liderləri Qurultaylarının işində fəal rol oynadığına görə Şeyxülislama dərin təşəkkürünü bildirib, qurultay katibliyinin Azərbaycanın dini liderinin təcrübəsindən və müdrikliyindən bəhrələndiyini vurğulayıb.

    Öz növbəsində, çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan rəhbərliyinin və xalqımızın salamlarını qardaş ölkənin Senat sədrinə çatdırıb. Bildirib ki, biz Qazaxıstanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlardan, qardaş ölkənin artan beynəlxalq nüfuzundan çox məmnunuq. Eyni zamanda, Şeyxülislam qurultayın nüfuzunun möhkəmlənməsində Prezident Kasım-Jomart Tokayevin müstəsna rolunu vurğulayıb.

    QMİ sədri Azərbaycan-Qazaxıstan əməkdaşlığından, iki dövlət rəhbərliyinin və xalqlarının həmrəyliyindən danışaraq, Prezident Tokayevin işğaldan azad edilmiş ərazilərə səfərini və Füzulidə Kurmanqazı adına yaradıcılıq inkişaf mərkəzinin tikintisi təşəbbüsünü xüsusilə vurğulayıb, bunu iki xalqın ortaq mədəniyyətinin və həmrəyliyinin simvolu kimi səciyyələndirib.

    Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    2. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    3. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    4. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    5. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    6. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    8. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    9. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    10. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    11. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    12. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    13. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    14. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    15. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    16. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    17. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    18. 11:41 Mənalı ömrün işığında
    19. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    21. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    22. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    23. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    24. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    25. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    26. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    27. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    28. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    29. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    30. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    32. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    33. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    34. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    35. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    36. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    37. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    38. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    39. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    40. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ