Главная > Siyasət / Manşet > Masallıda “8 noyabr – Zəfər günü”nün 3-cü ili qeyd olundu

Masallıda “8 noyabr – Zəfər günü”nün 3-cü ili qeyd olundu


8-11-2023, 22:30. Разместил: admin44

Masallı rayonunda “8 noyabr – Zəfər günü” və Şuşa şəhərinin azad olmasının 3-cü ili təntənəli şəkildə qeyd olundu.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Millət vəkilləri – Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə oraqnları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar, din xadimləri, məktəblilər və rayon sakinlərinin iştirak etdiyi tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini sonra isə “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət etməklə başladı.

Sonra tədbir iştirakçıları Masallı rayon Heydər Əliyev Mərkəzində “8 noyabr – Zəfər günü” və Şuşa şəhərinin azad olmasına həsr olunmuş konfransa gələrək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi qələbə sevincindən bəhs edən çıxışları dinlədilər.

Sonda Masallı rayon Heydər Əliyev adına Parkda Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Rehional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə təqdim olunan konsert proqramına tamaşa etdilər.



















"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад