Masallıda azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri

    Masallıda azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri


    Masallı rayon Heydər Əliyev Mərkəzində işğaldan azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
               
    Tədbir başlamazdan öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsinin qarşısı və Qəhrəmanlar parkında yerləşən şəhidlər abidə kompleksinə gül qoyulmuşdur. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, məktəb direktorları, şəhid ailələri, qazilər, Ağdam rayondan məcburi köçkün ailələri və  mətbuat nümayəndələrinin iştirakı ilə Ağdam və Kəlbəcər Şəhərləri Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
               
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
               
    Daha sonra Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması və aparılmış  abadlıq quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olundu.
               
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasından üç il ötdüyünü qeyd edərək bildirdi ki, Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Biz bu gün ədbirdə Ağdam və Kəlbəcər Şəhərləri günlərini qeyd edirik. Eyni zamanda da qeyd etmək istəyirəm ki, keçrilən bu tədbir respublikanın hər yerində, eləcə də rayonumuzda keçrilən Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamıdır.

    İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı, Kəlbəcəri tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
    Ağdamın, Kəlbəcərin azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
    Ağdam bizimdir, Kəlbəcər bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
               
    Daha sonra Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova çıxış edərək bildirdi ki, 12 iyun 1993-cü ildə Qarabağdakı Ermənistan ordusu Ağdam və Ağdərə şəhərləri istiqamətində şiddətli bir hücuma başladı. 43 gün davam edən ağır döyüşlərdən sonra 23 iyul 1993-cü ildə Ermənistan ordusu və separatçı qüvvələr Ağdam şəhərini və ətraf kəndləri işğal etməyə müvəffəq oldular. Şəhərin işğalı zamanı beynəlxalq qanunlar kobud şəkildə pozulur. Şəhər talandıqdan sonra tamamən yandırılır. Azərbaycan ordusunun bəzi birlikləri Ağdamı geri almaq üçün əks-hücum əməliyyatı təşkil edirlər. Həmin birliklər avqustun 8-də Novruzlu kəndi istiqamətində əks-hücuma keçərək aeroport yolunadək irəlilədi. Lakin ordunun ümumi olaraq ruhdan düşməsi və əməliyyatın lazımi səviyyədə təşkil olunmaması onun uğursuzluğu ilə nəticələndi. Əks-hücum zamanı geri alınmış ərazilər də sonradan yenidən itirildi. Nəticədə Azərbaycan üçün Ağdamı geri qaytarmaq planı tamamilə iflasa uğradı. Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.Ş.Məmmədova övladı Səfəralı Məmmədovun da Ağdamda şəhid olması, Azərbaycanın Milli Qəhrəmanı adını almasından danışdı.

    Daha sonra şəhid atası Qorxmaz Novruzov,   Rayon  Ağsaqqallar Şurasının  Üzvü Fəxrəddin Talıbov,   Ehtiyatda olan zabit – 44 günlük Vətən
    Müharibəsi iştirakçısı Həmid  Mənsimov çıxış edərək bildirdilər ki, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşğusuna səbəb oldu,  üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.

    Tarixi qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi,  Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.
    2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat torpaqlarımızın əsarətdən qurtarılmasında müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Bu il sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bir daha Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Masallı rayonundan ümumilikdə  256 nəfər şəhidimiz vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

    Tədbir İ.Nağıyev adına  Boradigah qəsəbə 2 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Yaşa mənim xalqım ” adlı Kompozisiya ilə yekunlaşdı.
     










    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ