Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Bala Kolatan məktəbində
Masallıda rayon rəhbəri Bala Kolatan məktəbində28-03-2024, 21:00. Разместил: admin44 |
Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Bala Kolatan kənd tam orta məktəbinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə maraqlanıb. Rayon rəhbəri ilə birgə Lənkəran Astara Regional Təhsil İdarəsi, Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Prokuroru Vəli Mustafayev, idarə və təşkilat rəhbərləri məktəbə baxış keçirib. Qeyd edək ki, Bala Kolatan kənd tam orta məktəbi qəzalı vəziyyətdə olması səbəbindən 25 oktyabr 2023-cü il tarixdə bağlanmışdır və şagirdlərin təhsilinin davam etdirilməsi məqsədi ilə ikinci növbə olmaqla, S. Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinə köçürülmüşdür. Masallı RİHB cənab Araz Əhmədov vətəndaşların müraciətlərini müsbət qiymətləndirərək , Elm və Təhsil Nazirliyi, eləcə də Lənkəran Astara Regional Təhsil İdarəsi qarşısında məsələni qaldırdıqdan sonra, məktəbin əsaslı təmir olunmasını xahiş etmişdir. Bala Kolatan kənd tam orta məktəbi qısa müddət ərzində müasir standartlara cavab verə biləcək şəkildə təmir olunmuş, lazımi avadanlıqlarla təchiz edilmiş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Tədbirdə iştirak edən məktəbin kollektivi və valideynlər təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayevə və Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova minnətdarlıqlarını ifadə etmişlər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |