Sertifikasiya həyəcanı, imtahan sevinci... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sertifikasiya həyəcanı, imtahan sevinci...

    Sertifikasiya həyəcanı, imtahan sevinci...


    Yüksək nəticə göstərən MÜƏLLİMLƏR


    İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  Bu il sertifikasiya imtahanı 28 min müəllim üçün keçirilir. 20-23 iyun tarixlərində 20000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunub.
     
    Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunub. İmtahanlar gün ərzində, səhər və günorta olmaqla iki mərhələdə təşkil edilir.
     
    Test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
     
    Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
     
    İştirakçı fəallığı nümayiş olunur
     
    Test imtahanlarında ilk gündən başlayaraq fəallıq müşahidə olunur. Hər gün dəvət olunan müəllimlərin  95 faizindən çoxu imtahanlara qatılır.
     
    Prosesə ictimaiyyətin də böyük marağı hiss olunur. Bunu nəzərə alan Elm və Təhsil Nazirliyi ictimaiyyət nümayəndələri üçün mediatur təşkil edərək prosesin şəffaflığını təmin edir.
     
    İmtahan həyəcanı 30-40 ilin müəllimlərini də haldan-hala salır. Güclü emosiyalar gülümsəyən dodaqlarda, yaşla dolan gözlərdə özünü büruzə verir. Uğur qazananlar uğurun sevinci ilə sanki uçmağa qanad axtarırlar. Bir sözlə, müəllimlərin imtahandan öncəki həyəcanı gərginliyə səbəb olursa, imtahandan sonra göz yaşlarına çevrilir. Birinin göz yaşı sevinc, başqasının göz yaşı...
     
    “Ekranda 60 balı görəndə...”
     
    Sevinci gözlərindən oxunanlar daha çoxdur. Onlardan biri sertifikasiyada imtahanların ilk günü iştirak edib və mümkün olan ən yüksək nəticəni qazanıb. Salyan rayonunun Salman Zəfərov adına Yenikənd tam orta məktəbinin müəllimi Flora Dünyamalıyeva qazandığı uğura özü də inanmayıb, çox hazırlaşdığına baxmayaraq: “Ekranda 60 balı görəndə gözlərimə inanmadım. Sevincdən, sözün əsl mənasında, şoka düşdüm. Hələ indi özümə gəlirəm”.
     
    Flora müəllim sualları çox rahat cavablandırıb. Diqqət tələb edənlər də olub, asanlıqla həllini tapanlar da: “Azərbaycan dilindən çox çətin suallar deyildi. Onları asanlıqla cavablandırdım. Amma riyaziyyat bir az diqqət tələb edirdi”.
     
    57 yaşlı müəllim sualları belə asanlıqla cavablandıra bilmək üçün nə edib? Dediyinə görə, var gücü ilə hazırlaşıb: “Əslində, ibtidai sinif müəllimliyi əsas ixtisasım deyil. Rus dili müəllimliyi üzrə təhsil almışam. Məktəbdə rus dili dərsləri azalanda direktor təklif etdi ki, ibtidai sinif müəllimliyinə keçim. Məktəbimizdə ibtidai sinif müəllimi az idi. Keçdim, amma daim özümdə çox məsuliyyət hiss edirdim. Çoxlu dərs vəsaitləri  almışdım,  oxudum və bəhrəsini gördüm. İxtisas müəllimi olmasam da, ən yüksək balı topladım”.
     
    “60 bal yığmaq daha həyəcanlıdır, nəinki sertifikasiya”
     
    İmtahanın ilk günü Şirvan-Salyan Regional Təhsil İdarəsi, sadəcə iştirakçı fəallığı ilə deyil, həm də 60 bal xəbərləri ilə gündəmə gəlib. Belə ki, Salyan rayon 2 nömrəli tam orta məktəbin müəllimi Şahinə Məmmədova da ən yüksək balla önə çıxanlardan olub. 46 yaşlı müəllim bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb, özü də heç həyəcanlanmadan: “Bu göstərici zəhmətimin nəticəsidir. İmtahanı səbirsizliklə gözləyirdim, rahat da verdim.Yaxşı təşkil olunmuşdu, rahat və şəffaf keçdi. İmtahanın gedişində heç həyəcanlanmadım. Düzü, özümdən əmin idim. Baza təhsilim var. Özümə də güvənirdim. Çünki daim oxuyurdum, təkrarlayırdım, öz üzərimdə işləyirdim. Bilmədiyim hansısa məsələ olanda araşdırırdım. Elə imtahana da ciddi hazırlaşdım. Ancaq topladığım balı görəndə həyəcanlandım. Sən demə, 60 bal yığmaq daha həyəcanlıdır, nəinki sertifikasiya imtahanı”.
     
    Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tabeliyində olan məktəblərdən ümumilikdə 1284 nəfər ibtidai sinif və 412 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, cəmi 1696 nəfər imtahana çağırılıb. Sertifikatlaşdırma imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 4 mərkəzdə təşkil olunub.
     
    Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə yanaşı, Mil-Muğan və Lənkəran-Astara regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar.
     
    Bir məktəbdən iki müəllim fərqləndi
     
    Lənkəran-Astara Regional Təhsil İdarəsinə aid ən yaxşı nəticə eyni məktəbin 2 müəllimindən gəlib. Masallı rayonu Yeyənkənd kənd Ə.İsmayılov adına  tam orta məktəbin iki müəllimi - Aliyə Hüseynova  və Sevinc Fərəcova fərqlənib. Hər ikisi sertifikatlaşdırma imtahanının ikinci günündə yüksək nəticə - 59 bal toplayıb.
     
    Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1656 nəfər ibtidai sinif, 532 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaqla ümumilikdə 2188 nəfər müəllim sertifikasiya prosesinin test imtahanı mərhələsinə cəlb edilib.
     
     
    Şərqi Zəngəzur Regional Təhsil İdarəsində də indiyədək qeydə alınan nəticə 59 bal olub. Region üzrə ən yüksək nəticəni Laçın rayon 6 nömrəli tam orta məktəbin müəllimi Sona İlyasova göstərib. O, imtahanda maksimum 60 baldan 59-nu toplayıb.
     
     
     
    Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 2600 nəfərdən çox müəllim sertifikasiya imtahanlarında iştirak edir. Burada da ən yüksək göstərici 59 bal qeydə alınıb. Göycəli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Məmmədova 59 dəqiqə ərzində 59 suala doğru cavab yazıb.
     
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən sertifikatlaşdırma prosesinə 2072 təhsilverən dəvət edilib. Test imtahanı mərhələsində 1596 Azərbaycan dili və ədəbiyyatı, 476 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.
     
    Bakı şəhəri üzrə imtahan verənlər arasında hələlik 60 bal toplayan olmayıb.
     
     
    Şəki-Zaqatala Regional Təhsil İdarəsində də hələlik ən yüksək nəticə 59-dur. Bu nəticəni göstərənlərdən biri Vətən müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanının ikinci günündə yüksək nəticə əldə edib.
     
     
     
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 838 nəfər ibtidai sinif və 637 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, ümumilikdə 1475 nəfər sertifikasiya imtahanına dəvət olunub.
     
    Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 2296 nəfər ibtidai sinif və 636 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, cəmi 2932 nəfərin prosesdə iştirakı nəzərdə tutulub.
     
    Test imtahanı iyunun 24-dək davam edəcək. Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.
     
    Könüllü imtahan vermək istəyənlər üçün ayrıca qrafik təşkil ediləcək
     
    Xatırladaq ki, sertifikasiya imtahanlarına dəvət olunan 60 yaşına çatmamış təhsilverənlərdir. Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etmir. Elm və Təhsil Nazirliyi sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesinə dəvətini “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib. Onların sertifikasiya imtahanında könüllü iştirakı ilə bağlı təklif qərara çevrilərsə, həmin şəxslərə görə ayrıca imtahan qrafiki təşkil ediləcək və qrafik çərçivəsində test imtahanı və müsahibələr keçiriləcək.
     
    Sertifikasiyanın nəticəsi nə olacaq?
     
    Sertifikasiya imtahanlarının nəticələrinə gəlincə, ilk növbədə prosesi uğurla tamamlayan müəllimlərin maaşı artacaq. Ən yüksək nəticə göstərənlərin maaşlarına daha çox - 35 faiz əlavələr olacaq. Onlarla bağlı başqa planlar da var. Belə ki, gələcəkdə direktor və direktor müavinləri seçimində sertifikasiya balı da nəzərə alınacaq. Eyni zamanda, məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək.
     





    Ruhiyyə DAŞSALAHLI
     


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    2. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    3. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    4. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    5. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    6. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    7. 11:41 Mənalı ömrün işığında
    8. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    10. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    13. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    14. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    16. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    18. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    19. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    21. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    22. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    23. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    24. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    25. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    26. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    27. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    28. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    29. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    31. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    32. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    33. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    34. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    36. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    37. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    38. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    39. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ